Modern.az

“İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden

“İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden

Aktual

19 Yanvar 2021, 23:47

"Mən bilirəm ki, indi qaranlıq vaxtlardır, amma işıq həmişə var. Bu dövləti bu qədər xüsusi edən budur”.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden Delaverdən Vaşinqtona getməzdən əvvəl çıxışında bildirib.

 

 

Bayden deyib ki, onun üçün növbəti prezident olmaq şərəfdir. "Vaşinqtona mənim səyahətim buradan başlandı", - ABŞ-ın yeni rəhbəri əlavə edib.

 

Bayden çıxışından sonra təyyarə ilə Vaşinqton ətrafındakı Endryus bazasına yola düşəcək.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik