Modern.az

Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olundu - FOTO

Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olundu - FOTO

Aktual

22 Yanvar 2021, 12:37

Sumqayıt Texnologiyalar Parkına (STP) yeni Baş İcraçı Direktor təyin olunub. Bu barədə Modern.az-a STP-dən məlumat verilib.

Nəzdində bir sıra Biznes Vahidləri və Müştərək Şirkətlər olan quruma Ruslan Ağabəyli rəhbərlik edəcəkdir.

Ruslan Ağabəyli istehsal sahəsində 20 illik peşəkar təcrübəyə malikdir. O, bundan öncə Lafarge-Holcim şirkətində Biznesin İnkişafı, Satış, Satınalma və İnsan Resurslarının İdarəolunması sahələrində yerli və beynəlxalq səviyyədə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, Ruslan Ağabəyli Azərbaycan İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb. Çalışdığı müddətdə  "London Business School", "İMD", "İNSEAD" və "Ivey Business School"  kimi xarici təhsil ocaqlarında müxtəlif ixtisasartırma kursları keçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!