Modern.az

Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir

Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir

22 Yanvar 2021, 16:27

Naftalan kurort şəhərinin simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi  istiqamətində abadlıq-quruculuq işləri  davam etdirilməkdədir.

 

Hazırda Naftalan Şəhər İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin birgə layihəsində nəzərə tutulmuş qaydada şəhərin mərkəzi küçəsində yerləşən ticarət (xidmət) obyektlərinin qarşısı və dam örtükləri şəhərin memarlıq üslubuna uyğun olaraq müasir, daha göz oxşayan dizaynda quraşdırılır.

 

Hərəkət məhdudiyyəti olanlar və uşaq arabalarının rahat hərəkətini təmin etmək üçün şəhər ərazisində, parklarda panduslar quraşdırılır, yeni yaşıllıqlar salınır.  Çoxmənzilli yaşayış binalarının dam örtüklərində cari təmir işləri aparılıb, binaların eyvanlarına dekorativ bəzək gülləri düzülüb. Həmçinin şəhərin müxtəlif küçələrində, çoxmənzilli yaşayış binalarının qarşısında, yol kənarlarında səliqə-səhman yaradılılması hər zaman diqqət mərkəzində saxlanılır.

 

Görülən işlər çərçivəsində Heydər Əliyev parkında işıq dirəklərinə xüsusi dizaynlı dibçəklərdə əkilmiş dekorativ bəzək gülləri quraşdırılmış, parkın bir hissəsində ağacların arasına münbit torpaq yayılaraq səth hamarlanmış və ərazi düzlənmişdir. Şəhərin Z.Tağıyev və İ.Nəsimi küçələrində piyadaların rahat gediş-gəlişi üçün mövcud yararsız səkilərə yeni daş örtüyü döşənərək bərpa edilmiş və yeni səkilər salınmışdır. Görülmüş işlərin nəticəsidir ki, parklarımız şəhər sakinlərinin və turistlərin sevimli istirahət məkanına çevrilmişdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı