Modern.az

“Təhsil naziri ictimai fikrə böyük önəm verir” - Müşavir

“Təhsil naziri ictimai fikrə böyük önəm verir” - Müşavir

23 Yanvar 2021, 15:15

"Təhsil naziri kimi fəaliyyət göstərdiyi 6 aydan az müddət ərzində Emin müəllim çoxsaylı media nümayəndələrinin iştirak etdiyi 4 brifinqdə çıxış edib. Bundan əlavə, nazir mütəmadi olaraq rəsmi sosial şəbəkə səhifəsində vide müraciətlər edir, KİV nümayəndələri üçün müsahibələr və televiziya verilişlərində iştirak edərək ictimaiyyəti maraqlandıran sualları birbaşa olaraq özü cavablandırır”.

 

Modern.az-ın məlumatın görə, bunu Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib.

 

Müşavirin sözlərinə görə, dünən sayca 4-cü brifinq baş tutub və pandemiya şəraitində tədrisin davam etdirilməsi ilə bağlı qərarlar barədə məlumatı təqdim edilib:

 

“Nazir tərəfindən media nümayəndələrinin suallarına ətraflı cavablar verildi. Sonradan sosial şəbəkələrdə müzakirələr brifinqin mövzusundan daha çox, ali təhsilin keyfiyyəti və qiyməti nisbətində balans mövzusuna aid oldu. Brifinqdən sonra Xəzər TV-də verilmiş müsahibədə nazir bu məsələ ilə bağlı mövqeyini aydın şəkildə təqdim etdi. Ali təhsilin daha da əlçatan olması üçün müxtəlif üsulların tətbiq edilməsininin vacibliyini vurğuladı. Bu istiqamətdə təklifləri səsləndirdi, yüksək peşə təhsilindən ali təhsilə keçid, əlavə təhsil imkanlarının artırılması, maliyyələşmənin müxtəlifliyini təmin etmək üçün dövlət sifarişi ilə yanaşı ayrı-ayrı fondlar, adlı təqaüd proqramları, təhsil kreditləri və digər alətlərin tədbiqini məqsədəuyğun hesab etdiyini bildirdi”.

 

Onun sözlərinə görə,bu mövzuların hər biri ilə bağlı ayrıca ictimai müzakirə təşkil etmək və faydalı təkliflər almaq olar:

“Ümumiyyətlə, Təhsil nazirliyi təhsil siyasəti sahəsində qərarların qəbulu üçün konstruktiv müzakirələrin keçirilməsi və ictimai rəyi nəzərə alınmasına böyük önəm verir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?