Arxiv
23 Yanvar 2021, 16:49 | ÖLKƏ
İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon RƏHBƏRLƏRİ

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə start verilib. Bu proseslərə paralel olaraq, digər bölgələrdən olan vətəndaşlarımız Qarabağda yaşamaq arzularını bildirirlər. Belə olan halda, işğaldan azad edilmiş rayon və şəhərlərimizdə yeni qeydiyyat aparılırmı?

 

Modern.az bu sualla işğaldan azad edilmiş rayon rəhbərlərinə müraciət edib.

 

Kəlbəcər İcra Hakimiyyəti başçısının I müavini Eldəniz Mehtiyev Modern.az-a deyib ki, hələlik İcra Hakimiyyətinin rəsmiləri rayona getməyiblər:

 

“Hələlik bizə getməklə bağlı komanda verilməyib. Ümumilikdə Kəlbəcər minalardan tam təmizlənməyib, həmçinin iqlim şəraiti indiki məqada ora getməyə imkan vermir. Sakinlərimizin çoxu müraciət edir, rayona getmək, ata-babalarının qəbrini ziyarət etmək istəyirlər, amma indiki şəraitdə ora icazəsiz getmək təhlükəlidir”.

 

E.Mehtiyevin sözlərinə görə, hazırda Kəlbəcərə yeni qeydiyyat dayandırılıb:

 

“Çünki vətəndaşı qeydiyyata salmaq üçün ev olmalıdır. Onları qeydiyyata salmaq üçün ev yoxdur. Əvvəldən qeydiyyatda olanlarla bağlı problem yoxdur. Kəlbəcər sakinləri özləri rayona qayıtdıqdan sonra digər bölgələrdən olanlar da nəzərə alınacaq. Hər yer bizim vətənimizdir. Biz bu gün Bakıda yaşayırıq, sabah da bakılı gəlib Kəlbəcərdə yaşamaq istəyəcəksə, burada pis nəsə yoxdur. Onlar üçün şərait yaradılacaq, amma sakinlər tam yerləşdikdən sonra. Bu gün digər bölgələrdən olub Kəlbəcərdə yaşamaq istəyənlər var, amma hələ ki, onların müraciəti qəbul olunmur”. 

 

Şuşa şəhər İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva Modern.az-a bildirib ki, ilkin olaraq, bu rayondan olan məcburi köçkünlər köçürüləcək:

 

“Şuşanı 30 il həsrətlə, intizarla gözləyən insanların birinci mərhələdə köçürülməsi nəzərdə tutulur. Bu insanlar öz torpaqlarına, öz evlərinə köçməyi gözləyir. Onların əksəriyyəti sanatoriyalarda, yataqxanalarda, dəniz kənarındakı istismarı bitmiş istirahət mərkəzlərində, keçmiş SSRİ-nin pioner düşərgələrində yaşayırlar. Birmənalı şəkildə ilk köçdə onlar öz dədə-baba torpaqlarına qayıdacaqlar”

 

V.Fətəliyeva digər bölgələrdən olanların Şuşaya köçmək məsələsinə daha sonra baxıla biləcəyini deyib:

 

“Bunun üçün Şuşada xüsusi komissiya yaradılacaq, müraciətlərə baxılacaq. Bütün bunlar Şuşa sakinlərinin köçürülməsi və yerləşməsindən sonrakı mərhələdə baş verəcək. Öz əhalimiz ora köçməmiş digərlərini önə sala bilmərik. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, təbii ki, orada yaşamaq istəyənlər var”.

 

Cəbrayıl İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev Modern.az-a bildirib ki, könüllü qeydiyyatdan çıxanlar xaric, qalan hamı rayon qeydiyyatında qalır:

 

“Yəni onlar Cəbrayıl sakinidirlər. Başqa bölgə sakinlərindən Cəbrayılda yaşamaq üçün müraciət edənlər var, bu bizi sevindirir. Hələlik onlara mənfi yaxud müsbət cavab verilmir. Çünki köçürmə prosesi başlamayıb. Köçürmə prosesi başlasın, qeydiyyatda olanlar yerləşsin, sonra digərlərinin məsələsinə baxılacaq. Onların bu istəklərini  alqışlayırıq, amma hazırda konkret fikir bildirə bilmirik”.

 

Başqa rayon qeydiyyatında olub, Cəbrayıla köçmək istəyəkləri müsbət cavablandırılacaq şəxslərə dövlət hesabına torpaq verilməsinə gəlincə, rayon rəsmisi bunun gələcəkdə baxılacaq məsələ olduğunu deyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yerin üzərində ilk dəfə kosmik qasırğa müəyyən olundu - FOTO 4 mart 2021, 01:11 Myanmada toqquşmalarda ölənlərin sayı 50-ni keçdi 4 mart 2021, 01:00 Vətən müharibəsində itkin düşən 9 əsgər... - FOTO 4 mart 2021, 00:50 Paytaxtda piyadanı maşın vurdu 4 mart 2021, 00:38 Teledərslərin bu günə olan CƏDVƏLİ 4 mart 2021, 00:31 Şəmkirdə 16 yaşlı qız ikinci mərtəbədən yıxıldı 4 mart 2021, 00:20 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 00:08 Türkiyədə bir gündə virusdan 65 nəfər öldü 3 mart 2021, 23:59 Vazgen Manukyana cinayət işi açıldı 3 mart 2021, 23:47 Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında 3 mart 2021, 23:40 Neft bahalaşdı 3 mart 2021, 23:33 Snayperlər Paşinyanı belə qoruyur - VİDEO 3 mart 2021, 23:20 Portuqaliya - Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək 3 mart 2021, 23:03 “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - “Kurtlar Vadisi”nin rejissoru 3 mart 2021, 22:49 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı 3 mart 2021, 22:29 Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı 3 mart 2021, 22:17 Azərbaycanda vəfat edənlərin yaş kateqoriyaları açıqlandı 3 mart 2021, 22:06 Komitə sədri bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşdü - FOTO 3 mart 2021, 21:54 Lənkəranda oğul atasını bıçaqladı 3 mart 2021, 21:45 Dilavər Əzimli dəfn olundu - FOTO 3 mart 2021, 21:32 Oğuzda piyadanı maşın vurdu 3 mart 2021, 21:23 Hakim olmaq istəyən hüquqşünaslar imtahandan keçdilər 3 mart 2021, 21:14 Göyçay sakini dəm qazından boğuldu - FOTO 3 mart 2021, 21:00 “Neftçi” autsayderə qalib gəldi 3 mart 2021, 20:48 OPEC+ hasilatla bağlı razılaşa bilmədi 3 mart 2021, 20:39 Çavuşoğlu Müslüm Gürsəslə bağlı xatirələrindən danışdı – VİDEO 3 mart 2021, 20:26 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Gədəbəydə gənc qadın özünü asdı 3 mart 2021, 20:03 Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb 3 mart 2021, 19:47 Anar Kərimov azərbaycanlı incəsənət xadimləri ilə İstanbulda görüşdü 3 mart 2021, 19:30 General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu 3 mart 2021, 19:26 Hərbçilərə əlavələr nə vaxt ödəniləcək? - Rəsmi cavab 3 mart 2021, 19:20 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA 3 mart 2021, 19:11 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 3 mart 2021, 19:09