Arxiv
23 Yanvar 2021, 18:32 | AKTUAL
Müharibədən qayıdan sürücülərlə görüş keçirilib - FOTOLAR

Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Menloq” MMC-nin 4 əməkdaşı Rəşadətli Ordumuzun sıralarına qatılaraq Vətən müharibəsində iştirak ediblər.

 

Modern.az xəbər verir ki, artıq səfərbərlikdən təxris olunan əməkdaşlarla görüş keçirilib.

 

Bildirilib ki, döyüşlərdə iştirak edən əməkdaşlardan bir nəfəri Baş-leytenant Xəlil Əhmədov hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Müzəffər Ali Baş Komandanın sərəncamıyla “Qarabağ” ordeni ilə təltif olunub.

 

Döyüşlərdə fərqləndiklərinə görə 3 nəfər isə qulluq etdikləri hərbi hissələrin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.

 

Görüşdə çıxış edən Menloq MMC-nin direktoru Cavid Şirinov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 44 günlük Vətən Müharibəsi tarixi qələbəmizlə nəticələnib. Bu möhtəşəm Zəfər tarixə qızl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılacaqdır.

 

Şanlı Ordumuzun sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürünü və xoş arzularını çatdıran sədr ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Daha sonra döyüşçülərə Fəxri fərman və hədiyyələr təqdim edilib.

 

Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.

 

Tədbir çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsüylə qan xəstəliyindən əziyyət çəkənlərə dəstək olmaq və qan ehtiyatını artırmaq məqsədi ilə könüllü qanvermə aksiyası da keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07 Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI 8 mart 2021, 12:00 Qubada alma yeşikləri yük maşınından yola dağıldı - Fotolar 8 mart 2021, 11:54 “Bizimlə kimsə təkəbbürlə danışa bilməz” - İbrahim Kalın 8 mart 2021, 11:47 Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi 8 mart 2021, 11:40