Modern.az

Bu ölkədə “Sputnik V” istehsal olunacaq

Bu ölkədə “Sputnik V” istehsal olunacaq

Aktual

23 Yanvar 2021, 20:16

Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq şirkətləri ilə “Sputnik V” peyvəndinin istehsalına dair saziş imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə RBİF məlumat yayıb. Fonddan bildiriblər ki, Rusiya peyvəndin istehsalına dair texnologiyaların Türkiyəyə verilməsinə artıq başlayıb.

 

Türkiyədə koronavirusa qarşı ildə bir milyon “Sputnik V” peyvəndinin istehsal olunacağı gözlənilir. Preparatdan həm daxili bazarda istifadə olunması, həm də onun xaricə ixrac edilməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər