Arxiv
24 Yanvar 2021, 00:34 | AKTUAL
Avropa İttifaqı sərhəd qaydalarını sərtləşdirəcək

Avropa İttifaqı COVID-19-un yeni ştammları ilə əlaqədar olaraq sərhədləri yükdaşımaları üçün açıq saxlamağı, vətəndaşların xarici səfərləri zamanı isə sərhəd qaydalarını sərtləşdirməyi düşünür.

 

Modern.az Avropa KİV-nə istinadla xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqına üzv olan bütün ölkələrdə ciddi nəzarət tədbirlərinin görülməsini istəyir.

 

“Sərhədlər əsas mal və xidmətlərin axını da daxil olmaqla, vahid bazarın fəaliyyətinin təmin edilməsi üçün açıq qalmalıdır. Buna baxmayaraq, virusun yayılmasının qarşısının alınması üçün əhəmiyyətsiz səfərlərə qarşı məhdudlaşdırıcı tədbirlər tələb oluna bilər”, - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen söyləyib.

 

Keçən ilin mart ayında bir neçə üzv dövlət milli sərhədləri birtərəfli qaydada bağladılar, bu da iqtisadi xaosa səbəb oldu. Vahid bazarın fəaliyyətini qorumaq üçün, Avropa İttifaqı, işçilərin və yüklərin sərhədləri keçməyə davam edə bilməsi üçün onları açıq saxlamaq istəyir.

 

Böyük Britaniya və Portuqaliyada bu günlərdə yayılan virusun yeni ştammları təhlükə yaradır. Avropa İttifaqı liderləri sürətləndirilmiş vaksinasiya üzərində işləyirlər.

“Vaksinlər eyni vaxtda və əhalinin sayına proporsional əsasda yayılmalıdır. Onların sürətli təchizatını təmin etmək üçün bütün mümkün vasitələr öyrəniləcək”, - deyə öz növbəsində Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel mətbuat konfransında bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan koronavirusla bağlı qadağaların ləğvindən danışdı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36