Modern.az

Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq

Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq

24 Yanvar 2021, 12:00

Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmi hazırda Qabon sahillərindədir.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Türkiyə xarici işlər naziri deyib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var:

 

“Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...