Modern.az

General Xırdalandakı hadisə yerinə gəldi

General Xırdalandakı hadisə yerinə gəldi

Aktual

25 Yanvar 2021, 21:14

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam edir.

 

Modern.az xəbər verir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

 

Qeyd edək ki, bu dəqiqələrə kimi FHN-in xilasediciləri tərəfindən dağıntı altından 6 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar