Arxiv
27 Yanvar 2021, 08:59 | QARABAĞ
Rəsmi Bakı Yerevanın Vardenis-Ağdərə yolundan istifadə xahişini qəbul etməyəcək

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycandan icazə istəyib. Ermənistan mediasının iddiasına görə, Moskvanın vasitəçiliyi ilə bu istiqamətdə danışıqlar aparılır.

 

Bununla bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev icazənin mümkünlüyünü istisna etdiyini vurğulayıb. O qeyd edib ki, Qarabağda yaşayan erməni əhalinin Ermənistanla humanitar əlaqəsi üçün yalnız Laçın dəhlizi nəzərdə tutulub:

 

“Həmçinin, həmin bəyanatda deyilir ki, regionda bütün kommunikasiyalar açılmalıdır. Gələcəkdə müvafiq şərait yaradılsa, sadə əməkdaşlıq inkişaf etdirilsə, ermənilərin Azərbaycan dövlətinə reinteqrasiyası müvafiq templə həyata keçirilsə, digər yolların da açılması mümkün ola bilər. Lakin buna qədər söhbət yalnız Laçın dəhlizindən gedir. Məndə olan məlumata görə, digər hansısa yoldan istifadəyə icazə verilməsi Azərbaycan tərəfindən nəzərdən keçirilmir”. 

 

Müsahibimiz onu da diqqətə çatdırıb ki, hazırda vacib məsələlərdən biri Laçın dəhlizinə nəzarətdir:

 

“Laçın dəhlizi humanitar məqsədlər üçün yaradılsa da, onun üzərindən hərbi yüklər daşınır, erməni rəsmiləri, hətta üçüncü dövlətin vətəndaşları hərəkət edirlər. Bu məsələ həll edilmədən hər hansı yeni dəhlizin yaradılması real deyil. Fikrimcə, Ermənistanın Vardenis-Ağdərə yolundan istifadə ilə bağlı xahişi Azərbaycan tərəfindən qəbul olunmayacaq”. 

 

Sülhməramlıların mandatı ilə bağlı müvafiq razılaşmanın olmamasına da toxunan F. Şəfiyev söyləyib ki, bununla bağlı danışıqlar davam edir:

 

“Müəyyən razılaşdırılmamış məsələlər qalıb. Üçtərəfli bəyanatın 4-cü maddəsinə görə, bütün erməni silahlı qüvvələri işğaldan azad olunmuş ərazilərdən çıxarılmalıdır. Bu hələ ki baş verməyib. İkincisi, Laçın dəhlizinə nəzarət məsələsidir. Dəhlizin təyinatı üzrə istifadəsinə nəzarət vacibdir. Biz bu məsələləri Rusiya ilə həll etməliyik, Ermənistan müzakirədən kənarda qalır. Təbii ki, bu, diplomatik yolla həllini tapacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO 9 mart 2021, 14:06 Səlimin anası da koronavirusdan vəfat etdi 9 mart 2021, 14:00 Əmək Məcəlləsinə dəyişiklik edilir 9 mart 2021, 13:56 Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib? 9 mart 2021, 13:51 Hökumətin hesabatı Milli Məclisə daxil olub 9 mart 2021, 13:47 Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı 9 mart 2021, 13:43 Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO 9 mart 2021, 13:38 Azərbaycanda övladlığagötürmə asanlaşdırılır 9 mart 2021, 13:33 Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR 9 mart 2021, 13:28 BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya açıldı 9 mart 2021, 13:23 Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır” 9 mart 2021, 13:18 Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO 9 mart 2021, 13:14 Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2022-ci ilədək uzadıldı 9 mart 2021, 13:10 Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik” 9 mart 2021, 13:05 Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat 9 mart 2021, 13:02 Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi 9 mart 2021, 13:00 Deputat Azərbaycana Türkiyə bələdiyyələrinin təcrübəsini təklif etdi 9 mart 2021, 12:58 Azərbaycanda daha bir sabiq nazir HƏBS OLUNDU 9 mart 2021, 12:55 Sabahın hava proqnozu açıqlandı 9 mart 2021, 12:50 Jalə Əhmədova: “Bütün deputatları eyni tərəziyə qoymaq olmaz” - MÜSAHİBƏ 9 mart 2021, 12:46 Mill Cəbhə Partiyasında yeni təyinatlar oldu 9 mart 2021, 12:41 Sabir Rüstəmxanlı: “Xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın” 9 mart 2021, 12:36 Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib 9 mart 2021, 12:30 138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib 9 mart 2021, 12:26 İcra başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib - FOTOLAR   9 mart 2021, 12:20 Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” 9 mart 2021, 12:18 Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı 9 mart 2021, 12:15 Putin Paşinyandan izahat istəməlidir - ŞƏRH 9 mart 2021, 12:11 Ombudsman məhbusların dəyişdirilməsini TƏKLİF ETDİ 9 mart 2021, 12:05 Deputat karantin rejiminin sərtləşdirilməsini İSTƏMİR 9 mart 2021, 12:00 Dam örtüyü uçan məktəblərin təmirinə BAŞLANILDI 9 mart 2021, 11:57 Hərbçilərə növbəti əlavələrin ödənilməsi təklif edildi 9 mart 2021, 11:53 Azərbaycanda Aliment Fondu yaradılsın - TƏKLİF 9 mart 2021, 11:48 Nazirliyin həbs edilən vəzifəli şəxsinin işi MƏHKƏMƏDƏ 9 mart 2021, 11:44 Zahid Oruc: “Mehriban xanımın hakim partiyada ön mövqeyi...” 9 mart 2021, 11:41