Arxiv
28 Yanvar 2021, 13:58 | MƏDƏNİYYƏT
Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur"

Karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Yanvarın 21-də özüm bu vaksini vurdurmuşam və heç bir mənfi əlamət, yan təsir hiss etməmişəm.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova bildirib.

 

O qeyd edib ki, rəhbərlik etdiyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 200-dən artıq tibb işçisi vaksinasiya olunub:

 

“Heç kəsdə, hətta ürəyində stend olan xəstələrdə yan təsir müşahidə olunmayıb. Tam məsuliyyətlə bildirirəm ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Hələlik bundan etibarlı vasitə yoxdur. Ölkə əhalisinin təxminən 60-70 faizi vaksinasiya olunarsa, kütləvi immunitet yaranar və xəstəliyin qarşısı alına bilər”.

 

 Vaksinasiyadan bir müddət sonra hansısa fəsadların baş verə bilməsi barədə gəzən şailərin də əsassız olduğunu deyən mütəxəssis öldürülmüş vaksinin orqanizmdə uzun müddət qalmaq, inteqrasiya etmək ehtimalının olmadığını diqqətə çatdırıb:



“Əgər vaksinasiya olmamışıqsa yoluxmaq və yoluxdurmaq ehtimalımız çoxdur. Digərlərinə örnək olmaq, izah etmək, başa salmaq bizim təkcə həkimlik deyil, həm də vətəndaşlıq borcumuzdur. Müharibədən təzə çıxan, hələ çətinliklərlə üzləşəcək xalqımızın sağlamlığını qorumaq ilk növbədə bizdən başlanır. Həmişə tibb ictimaiyyətinə nümunə olan ATU əməkdaşlarını vaksinasiya prosesində də fəallıq göstərməyə çağırıram”.

 

Həkimin sözlərinə görə, immun dipensant qəbul edən QİÇS-li, onkoloji xəstələrə bu vaksin tövsiyə olunmur:

 

"Hamilə qadınlara və süd verən analara da yoxlanılmayıb deyə tövsiyə etmirik. Digər hallarda əks göstəriş yoxdur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ölkədə siyasi dialoqun daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradılıb 9 mart 2021, 14:43 Əli Əhmədov YAP-ın Mərkəzi Aparatın rəhbərini kollektivə təqdim edib 9 mart 2021, 14:30 “Aİ şirkətləri iqtisadi fəaliyyət üçün ölkəmizi seçir” - Nazir 9 mart 2021, 14:24 Yaşar Nurinin şəxsi əşyaları oğurlandı 9 mart 2021, 14:18 Başına dəmir lövhəsi düşən qadının ölməsilə bağlı cinayət işi açıldı 9 mart 2021, 14:12 Bakıda onlayn narkotik satanlar həbs edildi - VİDEO 9 mart 2021, 14:06 Səlimin anası da koronavirusdan vəfat etdi 9 mart 2021, 14:00 Əmək Məcəlləsinə dəyişiklik edilir 9 mart 2021, 13:56 Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib? 9 mart 2021, 13:51 Hökumətin hesabatı Milli Məclisə daxil olub 9 mart 2021, 13:47 Tahir Kərimli bəzi feministləri “üzdəniraq” adlandırdı 9 mart 2021, 13:43 Yanğınsöndürənlərə çətinlik yaradan maneələr sökülür - VİDEO 9 mart 2021, 13:38 Azərbaycanda övladlığagötürmə asanlaşdırılır 9 mart 2021, 13:33 Azərbaycan çempionatı keçirilməyəcək - QƏRAR 9 mart 2021, 13:28 BMU-da “Mobil Tətbiqlər və Oyun Dizaynı” adlı laboratoriya açıldı 9 mart 2021, 13:23 Adil Əliyev: “Bələdiyyə sədrləri də mükafatlandırılmalıdır” 9 mart 2021, 13:18 Şəhid hərbçimiz Samuxda dəfn olundu - FOTO 9 mart 2021, 13:14 Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması 2022-ci ilədək uzadıldı 9 mart 2021, 13:10 Erkin Qədirli: “Bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik” 9 mart 2021, 13:05 Bələdiyyələr İcra hakimiyyətlərindən asılıdır - Deputat 9 mart 2021, 13:02 Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi 9 mart 2021, 13:00 Deputat Azərbaycana Türkiyə bələdiyyələrinin təcrübəsini təklif etdi 9 mart 2021, 12:58 Azərbaycanda daha bir sabiq nazir HƏBS OLUNDU 9 mart 2021, 12:55 Sabahın hava proqnozu açıqlandı 9 mart 2021, 12:50 Jalə Əhmədova: “Bütün deputatları eyni tərəziyə qoymaq olmaz” - MÜSAHİBƏ 9 mart 2021, 12:46 Mill Cəbhə Partiyasında yeni təyinatlar oldu 9 mart 2021, 12:41 Sabir Rüstəmxanlı: “Xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın” 9 mart 2021, 12:36 Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib 9 mart 2021, 12:30 138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib 9 mart 2021, 12:26 İcra başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib - FOTOLAR   9 mart 2021, 12:20 Mehriban Zeynalova: “Kəramət Böyükçöl istəyir ki, mən də təhqir edim” 9 mart 2021, 12:18 Qubadlı və Cəbrayılda silah-sursat aşkarlandı 9 mart 2021, 12:15 Putin Paşinyandan izahat istəməlidir - ŞƏRH 9 mart 2021, 12:11 Ombudsman məhbusların dəyişdirilməsini TƏKLİF ETDİ 9 mart 2021, 12:05 Deputat karantin rejiminin sərtləşdirilməsini İSTƏMİR 9 mart 2021, 12:00