Modern.az

İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu”

İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu”

Qarabağ

28 Yanvar 2021, 15:43

İspaniyalı jurnalist Pablo Qonasles II Qarabağ Müharibəsi barədə təəssüratlarını bölüşüb.


Modern.az
xəbər verir ki, Qonasles hərbi əməliyyatlar başladıqdan sonra Ermənistana gələrək, Laçın dəhlizi vasitəsilə Qarabağa keçmişdi. İspaniyanın EFE, Gara və Voice of America qəzetləri, Polşa və Cənubi Amerikanın qəzet və televiziyaları üçün çalışan jurnalist bundan əvvəl Ukraynanın Donbas bölgəsindəki döyüş əməliyyatlarını işıqlandırdığını xatırladıb.

 

Pablo Qonsales Şuşa, Ağdərə və Xocavənd istiqamətində gedən döyüşlərin şahidi olub. Jurnalist Azərbaycan Ordusunun artilleriya və aviasiya zərbələrinin mülki sakinlərə zərər vermədiyini, sırf hərbi obyeklərə və mövqelərə yönəldiyini etiraf edib.

“Etiraf etmək lazımdır ki, 90-cı illərlə müqayisədə bu müharibədə elə də çox dinc sakin həlak olmadı. Həm də dinc sakinlərin evakuasiyası yaxşı təşkil olunmuşdu. Hərbi əməliyyatların başlanmasından 2-3 həftə sonra region sakinlərinin 70%-i ərazini tərk etmişdi. İnsanlar bütün günü zirzəmilərdə gizlənirdi. Həm də artilleriya şəhərin nişana alınması planlı həyata keçirmirdi”.

 
Pablo Qonsales Ukrayna ordusundan fərqli olaraq, Azərbaycan ordusunun daha səliqəli atəş açdığını bildirib.


“Azərbaycanlılar konkret hədəflərə - məsələn, Hava Hücumundan Müdafiə sisteminə zərbə endirirdi. Şəhərləri bombalayanda Azərbaycan artilleriyası məqsədli şəkildə yaşayış yerlərini, mehmanxanaları və insanların sıx toplaşdığı yerlərini vurmurdu. Donetskdə cəbhədə uduzanda düşmən artilleriyası acığını yaşayış yerlərinə atəş açmaqla çıxırdı. Qarabağda isə bunu görmədim. Bəli, Ağdərədə çoxlu dağıntılar var idi, Azərbaycanın Su-25 təyyarələri şəhərə bombalar atırdı. Amma heç kəsə sirr deyil ki, şəhərin içindən erməni artilleriyası işləyirdi”.

 

Pablo Qonsales Ermənistan Müdafiə Nazirliyinin işində çaşqınlıq olduğunu, işin düzgün təşkil olunmadığını deyib. Bildirib ki, bəzi hallarda xarici jurnalistlərin çəkdiyi kadrlara senzura tətbiq etməyə çalışırdılar.

“Çox qeyri-peşəkar senzura qoymaq cəhdləri var idi. Məsələn, məhv edilmiş erməni texnikasının kadrlarını çəkmək qadağan olunurdu”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı