Modern.az

Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR

Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR

28 Yanvar 2021, 16:18

Ermənistan 100 ildən çoxdur ki, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. Rəsmi Yerevan Türkiyənin 6 vilayətinin “Qərbi Ermənistan” ərazisi adlandırır. Türkiyə torplaqlarına birbaşa ərazi iddiaları olmasa da, buna işarə vuran bəndlər var.

 

İlk növbədə, söhbət Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi “Ermənistanın müstəqilliyi barədə Bəyannamə”də öz əksini tapıb. 12 bənddən ibarət bəyannamənin 11-ci bəndi ən ciddi mübahisə doğuran hissədir.

 

“Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyası və Qərbi Ermənistanda törədilən “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasına tərəfdir”. Bu cümlə ilk baxışdan diqqət çəkməsə də, bu ifadədə yer alan “Qərbi Ermənistan” ifadəsi Türkiyənin 6 şərq vilayətinə (Ərzurum, Van, Bitlis, Elazığ, Diyarbakır və Sivas) ərazi iddiası nəzərdə tutur.

 

Bu maddə 1995-ci il iyulun 5-də qəbul olunan Ermənistan Konstitusiyasında yer almasa da, 13 maddədə Türkiyə ərazisində yerləşən Ağrıdağının (erm.Ararat) ölkənin dövlət gerbinə təsvir olunduğu bildirilir.

 

“Ermənistan Respublikasının Gerbi – mərkəzdə qalxan üzərində Ağrıdağı,  Nuhun gəmisi və tarixi Ermənistanda mövcud olmuş 4 çarlığın gerbi əks olunub”.

 

Bəs, Türkiyənin deputatları bu iddialara necə baxır?

 

Modern.az-ın əməkdaşı Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun  rəhbəri Şamil Ayrım və İzmirli deputat  Atilla Sertel ilə həmsöhbət olub.

 

Şamil Ayrım qeyd edib ki, Ermənistan təcili olaraq ağlını başına toplamalıdır:

 

“Bildiyimiz kimi, Qars və Moskva razılaşmasını Ermənistan tanımır. Bildirmək istəyirəm ki, Ermənistanın əvvəllərdən Türkiyə torpaqlarında gözü var. Amma, Ermənistan anlamalıdır ki, Türkiyənin Ermənistana bir qarşı belə torpaq verməyi mümkünsüzdür.

 

Hazırda Ermənistan çox çətin vəziyyətdədir. Çünki Azərbaycanın törətdiyi vəhşiliklərə görə təzminat tələbləri var. Ermənistan əvvəlcə ağlını başına toplayıb, Türkiyənin sərhədlərini tanımalıdır.

 

Hər kəs bilməlidir ki, Qarabağ savaşından sonra Türkiyə əvvəlki Türkiyə deyil. Ermənistan bizim torpaqlarımıza qarşı təcavüzə əl atsa, təbii ki, onun cavabı gözləmədiyindən artıq dərəcədə veriləcək. Amma Türkiyənin indiki vəziyyətdə nə isə etməsi düzgün deyil”.

 

Atilla Sertel isə deyir ki, bu məsələ haqqında fikir bildirməyə belə ehtiyac yoxdur:

 

“Türkiyə Ermənistanın iddialarını ciddiyə almır. Demək istəyirəm ki, Ermənistanın Türkiyəyə qarşı etdiyi ərazi iddiaları çox gülməlidir. Ona görə də bu iddialara reaksiya verməyə belə dəyməz”.

 

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi