Arxiv
17 Fevral 2021, 15:28 | MƏDƏNİYYƏT
Bakının ən məşhur küçəsinə səyahət: Mehdi Hüseyn küçəsi, 1”

Özümdə, sözümdə deyiləm. Az öncə Azərbaycan Dövlət Televiziyasında izlədiyim " Mehdi Hüseyn, 1" sənədli  filminin təsiri altındayam. Ana televiziyamızın 65 illiyinə həsr edilən filmin şokunu yaşayıram hələ də. Ən əvvəl iki sözdən ibarət “Mehdi Hüseyn” kəlməsi haqda.

 

Mən xalq  yazıçısı Mehdi Hüseyni sizə desəm ki, 5 yaşımdan tanıyıram, gülməyin. 1965-ci il... Kiçik Dəhnə kəndində yerləşən evimizin alt mərtəbəsində divara  Mehdi Hüseynin şəkli və nekroloq yazılan qəzet yapışdırılmışdı. O qəzetin görüntüsü indi də yadımdadı. Oxumağı bacarmasam da, onda mənə evdən bildirmişdilər ki, şəkildəki Mehdi Hüseyn adlı yazıçıdı, vəfat edib. İndiyə kimi yadımdadı, qəzet divara yapışqanlı vasitə ilə deyil, kağıza bükülmüş mıxla  vurulmuşdu. Beləcə, o vaxtdan Mehdi Hüseyn sözləri uşaq hafizəmə yazılıb. (Hətta gedib-gəlib qəzetə baxmağım da yadıma düşür). Ta o vaxta qədər ki, böyüdüm, orta məktəbdə oxudum, harada qəzet parçası, cırılmış qəzet və ya qəzet görsəm, qaçıb götürərək oxuyurdum. Həm də orta məktəbin 7-ci sinfindən jurnalist olmaq fikrinə düşmüşdüm axı. Həmin dövrdən başlayaraq rayonumuzda çıxan "Şəki fəhləsi" qəzetində və respublikada nəşr olunan dövri mətbuatda müxtəlif səpkili yazılarla çıxış etməyə başlamışdım. Yeri gəlmişkən, 1982-ci ildə universitetin Jurnalistika fakültəsinə sənəd verəndə bütün yazılarımı təqdim etmişdim ora və çox güman ki, indi Bakı Dövlət Universitetinin arxivində durur o materiallar. Mətləbdən uzaqlaşmayım. Orta məktəbin yuxarı siniflərində oxuyarkən və universitetə qəbul olunanacan  yazılı mətbuatla yanaşı, Azərbaycan televiziyasının və radiosunun bir neçə verilişinə də məktublar yazırdım.

 

Gəldim Mehdi Hüseyn küçəsi-1 ünvanına yazdığım məktublara.

 

Orta məktəbin 9-cu və 10 -cu siniflərində (1975-1976-cı illər) oxuyarkən məktəbimizdə keçirilən tədbirlər barəsində "Pioner şeypuru" radio qəzetinə yazırdım. Səhər saatlarında yayımlanan radio verilişinin gur səsi bütün məktəbi bürüyərdi. Hamı maraqla mənə baxardı, mənsə bütün bunları adi qarşılayaraq yeni mövzular axtarardım. Ünvan da belə idi: Bakı şəhəri, Mehdi Hüseyn küçəsi-1. Azərbaycan radiosunun "Pioner şeypuru" qəzetinə. Dövlət televiziyamızda isə əsasən "Kitab evi" və "Təbiəti sevənlər" verilişlərinə məktublar yazmışam. Görkəmli yazıçımız Mikayıl Rzaquluzadənin apardığı "Kitab evi" verilişi  o dövrün çox məşhur buraxılışlarından idi. Mikayıl Rzaquluzadə kitabı, mütaliəni sevdirməkdə tamaşaçı ilə  birbaşa açıq ünsiyyətdə idi, o vaxt nə internet vardı, nə sosial şəbəkələr. Amma ucqar dağ kəndindəki tamaşaçı belə kitab oxumağı yeganə televiziyamızın nurani simalı bu aparıcısından öyrənirdi, sevirdi desəm, mübaliğəsiz inanın. Ruhu şad olsun Mikayıl Rzaquluzadənin, indi yaşım 6-cı onilliyi ötsə də, kitabsız günüm yoxdu, o vaxtın "Kitab evi" öyrədib mənə kitablarla dostluq etməyi. Yadımdadı, hansı kitabı oxusaydım, dərhal bir vərəq tapıb (kağız, dəftərimiz, göy rəngli yazı mürəkkəbimiz, nəzərə alaq ki, elə də bol deyildi onda) yazıb göndərirdim o məşhur küçəyə - Mehdi Hüseyn küçəsi-1 ünvanına. Mikayıl Rzaquluzadənin dilindən də həmin məktubların oxunması isə məni çox sevindirərdi...

 

Azərbaycan televiziyasının 70-ci illərin sonu, 80-ci illərin əvvəli sevilən verilişlərindən biri də yuxarıda adını qeyd etdiyim "Təbiəti sevənlər" idi. Bu verilişi isə çox fədakar və təbiət biliciləri olan  bioloq alimlərimiz Mirəli Axundovla Qara Mustafayev aparırdı. Kəndimizdə və məktəbimizdə təbiətin qorunması haqda göndərdiyim yazılarım bu verilişdə səslənəndə həm sevinmişəm, həm də flora və faunamuzdan olan süjetləri görəndə bütün canlıları sevməyi öyrənmişəm. Düzdü, sonradan bioloq olmasam da, o gənclik verilişimin təsiridir ki, heyvanlara, xüsusən itlərə sevgim bu gün də dəyişməyib, ana təbiətimizin qorunmasına olan təbliğatım qəti azalmayıb. Çünki professor Mirəli Axundovla Qara Mustafayev mavi ekrandan canlı təbiətdə, heyvanat və bitki aləmində baş verən hadisələri uşaqlara gənclərə elə həvəslə öyrədir, izah edirdilər ki... Yəni quru elmi dillə yox, sadə ana dilimizdə, hər bir kəndlinin belə anlayacağı ünsiyyət dili ilə... Bax, indi ölkəmizin mavi ekranlarında bu cür sadə dildə danışan aparıcılara ehtiyac var!!!

 

Təbiətin canlı ensiklopediyaları olan Mirəli Axundov və Qara Mustafayev doğrudan da əsl ziyalı, əsl müəllim idilər.., mavi ekranlardan qəlblərə, beyinlərə işıq paylayırdılar, əsl söz xiridarı idilər...

 

İndi düz 40-45 ildən sonra o illərə qayıtmışam. Gənc həmkarım Rüfət Həmzəyevin təqdim etdiyi "Mehdi Hüseyn küçəsi, 1" sənədli filmi məni uşaqlıq və gənclik illərimə apardı. Çox nostalji hisslərə köklədi. Filmdə dövlət televiziyamızın 65 illik tarixindən ətraflı danışıldı. Sovet dövründə televiziyaya və radioya göndərilən tamaşaçı və dinləyici məktublarını da gördüm kadrlarda. Qınamayın, vallah, özümün iri hərfli xəttimi də gördüm elə bil zərflərin birinin üzərində. Kadr anidən gedəndə gördüm. 1956-cı ilin 14 fevral günündə efirə çıxan Azərbaycan Milli Televiziyasının 65 illiyində mən də cüzi də olsa, öz keçmişimi gördüm. İlk dəfədir, qeyd edirəm: həyatda jurnalist kimi az-çox tanınmışamsa, ana televiziyamıza göndərdiyim gənclik yazılarıma və adını çəkdiyim o nurlu ziyalıların -Mikayıl Rzaquluzadənin, Mirəli Axundovun, Qara Mustafayevin  ruhlarına da minnətdaram. Mən jurnalistikaya rəhmətlik valideynlərimin xüsusi zəhməti və əvəzi olmayan orta məktəb müəllimlərimin sayəsində gəldiyimi burda xatırlatsam, çox yerinə düşər.

 
Ana televiziyamıza çox minnətdaram. Məni keçmişimə, gənclik illərimə köklədiiyinə görə. Bu televiziyanı alternativsiz lider hesab edirəm, çünki klassik, ənənəvi üslub tərzilə müasirliyi özündə harmonik şəkildə birləşdirdiyinə, teleməkanda müasir dövrün tələblərinə uyğun mobil, çevik xüsusiyyətlərini saxladığına görə!

 

Təşəkkür edirəm "Mehdi Hüseyn küçəsi, 1" sənədli filmini ərsəyə gətirənlərə. Ssenari müəllifləri Rüfət Həmzəyevə və Ülviyyə Heydərovaya "çox sağ olun" deyirəm. İndi mən Qusarda oturub gecəyarısı az qala yarım əsr olacaq gənclik keçmişimin xatirələrinə köklənmişəmsə, görün nə qədər insan bu filmlə öz keçmişinə səyahət edib! Rüfətin səsindəki həzinlik və doğmalıq da elə nostalji hissləri yaradan filmin ruhuna tam uyğundur. Var ol, Ana televiziyamız! İnsanları beləcə keçmişə səyahətə aparmaqda davam edin!!! Aparın tamaşaçıları Qarabağa, Zəngəzura, Göycəyə..., dünənə, ötən günlərə... Axı keçmişi olmayanın gələcəyi də olmaz.

 

Aytəkin Alxaslı,
Qusar, 15 fevral

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05 Yoluxanların bu günə olan statistikası: 33 nəfər öldü 18 Aprel 2021, 17:02 Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı 18 Aprel 2021, 17:00 Gürcüstanda 13 günlük tətil elan olundu 18 Aprel 2021, 16:40 “Qarabağ” 15-ə çatdı 18 Aprel 2021, 16:34 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı 18 Aprel 2021, 16:19 Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı 18 Aprel 2021, 16:09 "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"  18 Aprel 2021, 15:58 Azərbaycan çempionatında 1400-cü qolunu vurdu 18 Aprel 2021, 15:46 Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır   18 Aprel 2021, 15:37 ABŞ-da barda atışma: ölənlər var 18 Aprel 2021, 15:25 “Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı 18 Aprel 2021, 15:14 Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək 18 Aprel 2021, 15:05 İranda Ordu Günü qeyd edilir 18 Aprel 2021, 15:04 Ukrayna Kiyevdən rus səfiri qovur 18 Aprel 2021, 14:51 Premyer Liqanı tərk edən ilk klub bəlli oldu 18 Aprel 2021, 14:44 Birinci xanım Eldar Quliyevin dəfn mərasiminə əklil göndərdi 18 Aprel 2021, 14:35