Modern.az

Daha bir hərbçimizin Şəhid xəbəri gəldi

Daha bir hərbçimizin Şəhid xəbəri gəldi

Qarabağ

20 Fevral 2021, 12:05

Vətən Müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. 

 

Modern.az xəbər verir ki, söhbət 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini Xüsusi Təyinatlı Qüvvələrin giziri Namazov Babək Səhman oğlundan gedir. 

 

Adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda olan əsgərimizin elə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığı bildirilir. 

 

Şəmkir rayonu İcra Hakimiyyətindən B.Namazovun oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşdüyü bildirilib.

 

Ötən gün isə döyüçünün şəhid olduğu barədə ailəsinə məlumat verilib. 

 

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar