Modern.az

Bakıda ənənəvi bal yarmarkası təxirə salına bilər

Bakıda ənənəvi bal yarmarkası təxirə salına bilər

27 Avqust 2012, 18:16

Rayon sakinləri təmiz bal sarıdan korluq çəkməsələr də, paytaxt sakinləri təmiz bal tapmaq üçün hər il payızda keçirilən bal yarmarkasına üz tutmalı olurdular. Amma cari ildə ölkədə bal istehsalı az olduğundan deyəsən, hər il keçirilən ənənəvi bal yarmarkası bu il baş tutmayacaq. Ölkədə bal qıtlığını arıçılar da təsdiqləyirlər. Onların dediyinə görə, bu il ötən illərlə müqayisədə bal həddindən artıq az olub :

“Ağacların çiçəklədiyi vaxt  havaların yağışlı keçməsi arıçılığa ziyan vurdu. Havalar pis olduğundan arılar əvvəlki illərlə müqayisədə bu il çox az məhsul verib”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də məlumatı təsdiqlədi. O, bildirdi ki, bal yarmarkasının keçirilməsi ilə bağlı hələ ki, heç bir məlumat yoxdur. Amma yarmarkanın keçirilməsi haqqında məsələyə baxılacağını da vurğuladı. Onun sözlərinə görə, hələki yarmarkanın keçirilməsi ilə bağlı rəsmi müraciət olmayıb.

Gültəkin Ələsgər    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir