Modern.az

Şəhid komandir Allahverdi Qəmbərov anılıb

Şəhid komandir Allahverdi Qəmbərov anılıb

Təhsil

27 Avqust 2012, 18:21

Bu gün Azərbaycanın qəhrəman oğlu Allahverdi Kamran oğlu Qəmbərovun ölüm günü qeyd olunub. Bu məqsədlə A.Qəmbərovun ailə üzvləri, döyüş dostları, tələbə yoldaşları onun Bakıdakı Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. Bu barədə A.Qəmbərovun döyüş yoldaşı Rey Kərimoğlu məlumat verib.

A.Qəmbərov 1954-cü il, iyunun 1-də, Ağdam rayonunun Xaçındərbənd kəndində anadan olub. 978-1984-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən A.Qəmbərov əvvəlcə öz kəndlərindəki orta məktəbdə müəllim, sonra isə direktor vəzifəsində çalışıb. Xalq hərəkatının fəal təşkilatçılarından olan A.Qəmbərov 1991-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissədə erməni işğalçılarına qarşı döyüşüb. Ş.Mirzəyev həlak olandan sonra hərbi hissənin komandiri təyin olunub.

A.Qəmbərov 1992-ci il avqust ayının 27-də Ağdərə rayonunun  Qazançı kəndi istiqamətində gedən ağır döyüşlərdə xüsusi şücaət göstərərək qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib. Ailəli olub, bir oğlu, bir qızı var.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı