Arxiv
23 Fevral 2021, 11:54 | PARLAMENT
Zahid Oruc: “Mən Göyçə mahalına getmək istəyirəm!

"Azərbaycan xalqı Qələbədən sonra itirilən bütün tarixi torpaqlara yeni nəzərlərlə baxır. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər. Prezidentin 10 noyabrdan sonra itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması da bunu sübut edir. Ölkə rəhbərinin ustad Ələsgərin 200 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyilir: “Azərbaycanlıların əzəli yurdu Göyçə mahalında Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst ermənilər tərəfindən dağıdılsa da,.. milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş o irs.. yaşamaqdadır”.. 


Modern.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Zahid Oruc bildirib.


O deyib ki, həqiqətən də bir xalqın mədəni varlığının və mənəvi sərvətlərinin qorunub saxlanması qayıdışın 1-ci şərtidir:


"Bu yerdə xatırladaq ki, böyük Üzeyirin, Bülbülün büstləri də Ələsgər kimi öz yurdundan uzaq salınmışdı.Tunc heykəllər də bizimlə birgə yüz illərin döyüşünü aparıb qalib gəlir və öz mərtəbələrinə dönürlər. Halbuki, Ermənistanın Azərbaycanda doğulan tarixi şəxsiyyətləri sovet generallarıdır və onların nailiyyətləri yalnız söydükləri Stalin məktəbinə məxsusdur. 


İndi 30 illik ayrılıqdan sonra çoxəsrlik tarixi irsin və milli yaddaşın daşıyıcıları olan minlərlə Göyçə sakini Müdafiə nazirinə və Qarabagda sülhyaradıcı missiyaya rəhbərlik edən Rüstəm Muradova müraciət ediblər. Son 3 ayda azad olunan ərazilərin mədəni irsini, dini abidələrini qorumaq adı altında ölkəmizə münasibətini 180-dərəcə dəyişən UNESCO-dan fərqli olaraq, göyçəlilər doğulduqları yurdları yalnız insani duyğularla ziyarət etmək istəyirlər. 


Rusiya hərbi qüvvələri mandatlarına uyğun olaraq, erməni keşişlərinin Xudavəngə- Kəlbəcər yurduna gəlişinə bələdçilik edirlər. Halbuki, ziyarətçilər içərisində rahib libası altında rütbəli zabitlərin olduguna şübhə yoxdur. Lakin Azərbaycan bundan narahat deyil. Rusiya hərbi kontingenti son 3 ayda bölgədə 1419 hektar ərazini, 443 km yolu, 1361 evi 24453 partlayıcıdan təmizləyiblər. Təqdir olunacaq hadisədir. Bizim üçün müqəddəs olan torpaqlara ruzi-bərəkət deyil, minalar əkən “qədim bir xalq”ın nazirləri Ermənistandan Xankəndinə qanunsuz və təhlükəli yollarla gəldikləri halda, on minlərlə irəvanlı, göyçəli, zəngəzurlu qanuni və minasız yollarla öz tarixi yurdlarına baş çəkmək istəyirlər. Mən parlament üzvü kim Göyçə mahalına, sonra Abasqulu bəyin yurduna getmək istədiyimi rəsmən bəyan edirəm. Qoy, UNESKO öz nizamnaməsinə sadiq qalaraq, bizim və soydaşlarımızın da əcdadlarının irsinə dönüşünü təmin etsin! Yeri gəlmişkən, belə müraciətlərin sayı getdikcə artır. Onsuz da sərhəddin o biri tərəfində də Rüstəm Muradovun həmkarları keşik çəkir. Əgər humanitar çözüm yolları axtarırlarsa, bizim vətəndaşlarımızın müraciətlərini də təmin etmək siyasi balans yaradardı. Ermənilər bizim qayıdacağımıza əmin olduqları üçün, özlərinin olmayan torpaqlara minalar basdırmağı rəva bilib. Bizimkilər isə Göyçəni, Zəngəzuru əzəli torpaqları bildiyi üçün minalamayıb və xoş niyyətlə qayıtmaq istəyir. İndi 100 minlərlə azərbaycanlının pasportunda  doğulduqları yer qrafasında bir söz yazılıb  -indiki Ermənistan!".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50 Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28 Rusiya Rumıniya diplomatını ölkədən çıxarır 11 May 2021, 20:18 İran və ABŞ dənizçiləri arasında insident 11 May 2021, 20:04 Buffon ayrılıq qərarı verdi 11 May 2021, 19:20 Gümüş və bürünc medalçılar da müəyyənləşdi 11 May 2021, 19:12 Şəmkir sakini bibisi oğlunu GÜLLƏLƏDİ 11 May 2021, 19:05 40 kilometrlik "Zəngəzur dəhlizi" mütləq açılacaq 11 May 2021, 18:58 Prezident və xanımı Tatarıstan liderinə başsağlığı verdi 11 May 2021, 18:50