Modern.az

Nərimanovda qaz xəttindən qaz əvəzinə su gəlirmiş

Nərimanovda qaz xəttindən qaz əvəzinə su gəlirmiş

Aktual

23 Fevral 2021, 14:56

Dünən axşam saatlarında “Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə Nərimanov rayonunda 6 bloklu 108 mənzilli yaşayış binasında qaz xətlərinə su dolması ilə bağlı zəng daxil olub.

 

Bu barədə Modern.az-ın məlumat verən qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov təəccüblü olsa da, mətbəxdə qaz sobasını açanda su gəldiyini deyib:

 

“Sayğaclardan da su axırdı. Bizə - İctimaiyyətlə əlaqələr şöbəsinə görüntülü mesaj da göndərdilər. Əlbəttə, buna dərhal reaksiya göstərildi. Əməkdaşlarımız təcili olaraq, hadisə yerinə cəlb olundu. Gecə saatlarına qədər işlədilər. Fevralın 23-də hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alsaq, qaz təchizatınin bərpası bu günə saxlanıla bilməzdi. Hər birinə Birliyimiz adından təşəkkür edirik”.

 

Qurum rəsmisi abonentlərə diqqətli olmaları ilə bağlı çağırış edib:

 

“Abonentlərdən xahiş edirəm ki, diqqətli olsunlar. Bir balaca səhlənkarlıq, yəni bu halda su xəttinin qaz xəttinə qoşulması avadanlıqların işlək dövrünü azaldır. Bundan başqa, belə hallar uzun müddət qazsız qalmağınızla da nəticələnir”.

 

Abonentlərin bildirdiyinə görə, araşdırma zamanı binada yaşayan vətəndaşın su xəttini səhvən qaz xəttinə birləşdirdiyi məlum olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi