Modern.az

Qarabağda itkin düşən erməni hərbçilərin sayı AÇIQLANDI

Qarabağda itkin düşən erməni hərbçilərin sayı AÇIQLANDI

Qarabağ

23 Fevral 2021, 15:38

Vətən müharibəsinin bitməsindən 100 gündən çox vaxt keçsə də, Ermənistan tərəfi ölü, yaralı və itkin düşən hərbçilərin rəsmi sayını hələ də açıqlamayıb. 

Modern.az xəbər verir ki, erməni rəsmilərin sirr kimi saxladığı rəqəmlərin bir hissəsi təsadüf nəticəsində ictimaiyyətə məlum olub. Belə ki, Hərbi Qulluqçuların Sığortalanması Fondunun direktoru Varujan Avetikyan 1600-dən çox hərbçinin itkin düşdüyünü deyib.

 

Fond rəhbəri “Körpü” proqramı çərçivəsində yaxınları itkin düşən 803 ailəyə yardım etdiklərini bildirib. 

“İtkin düşən şəxs anlayışı hüquqi məna daşıyır və ancaq məhkəmənin qərarı ilə verilə bilər. Amma məhkəməyə müraciət və məsələnin baxılması müəyyən vaxt apardığından itkin düşmüş 803 hərbçinin ailəsinə maddi yardım göstəriləcək”.

 

Xatırladaq ki, Ermənistan tərəfi azı 4005 hərbçisinin ölüm faktını təsdiqləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır