Arxiv
23 Fevral 2021, 16:40 | AKTUAL
Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir

Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla, yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. Erməni quldurlarının, terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar, 70 nəfəri isə qocalar idi. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar.
Azərbaycan tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən, qədim mədəniyyətə, çoxsaylı tarixi-mədəni abidələrə malik olan Xocalı şəhəri sözün əsl mənasında erməni vandalları tərəfindən xarabalığa çevrildi. Şəhərdə 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı, bu torpaqlarda azərbaycanlılara aid olan bütün izlər silindi.

 

Əslində Azərbaycan xalqı son 200 il ərzində, o cümlədən sovet dönəmində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qoyulub. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. O cümlədən Xocalı faciəsi son iki əsrdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi kimi öz təzahürünü tapıb.

 

Ulu öndər Heydər Əliyev Xocalı faciəsi barədə deyib:

 

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Məhz ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Həmçinin ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

 

Bütün bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın terrorçuluğu dəstəkləyən və faşizmi təbliğ edən dövlət kimi qəbul edilməsi istiqamətində məqsədyönlü iş aparıb. Dövlət başçımızın səyləri nəticəsində son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının xatirəsi anılır, tədbirlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu nəşrlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin şəkildə pisləyirlər.

 

Bəli, Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbində dərin iz salmış qanlı bir yaradır. Lakin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu yaranı vuran əli artıq kəsmişdir. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları geri aldı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Lakin Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik “böyük ermənistan” ideyası sadəcə Azərbaycan üçün deyil, həm bütün region ölkələri üçün əsil təhlükə idi. Amma Azərbaycanın dəmir yumruğu bu təhlükənin qarşısını almaq üçün ən yetərli arqumentdir.

 

Erməni faşistləri artıq ikinci Qarabağ Müharibəsinin nəticələrindən ibrət götürməli və bundan sonra əllərinin ardınca başlarından da məhrum olmaq istəmirlərsə, özgəsinin torpaqlarına tamah salmaqdan və ən əsası da terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər.

 

Səttar Möhbalıyev

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisinin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin ayaqqabısı narazılığa səbəb oldu – FOTO 7 mart 2021, 22:56 Mançester derbisinin qalibi məlum oldu 7 mart 2021, 22:42 Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi bilindi 7 mart 2021, 22:28 “Gürcü Arzusu”ndan qalmaqallı səs yazısı ilə bağlı bəyanat 7 mart 2021, 22:16 Polis İmişlidə quş əti satışını qadağan edib? - DİN-dən açıqlama 7 mart 2021, 22:02 Abşeronda maşın piyadanı vurub öldürdü 7 mart 2021, 21:49 Madrid komandaları sülh bağladı 7 mart 2021, 21:35 Messi oğlu ilə səs verdi 7 mart 2021, 21:25 Millimiz “Böyük dəbilqə”ni iki medalla başa vurdu 7 mart 2021, 21:13 Məhəmməd Salah "Liverpul"u tərk edir? 7 mart 2021, 21:05 Slovakiya koronavirusa yoluxanları Almaniya və Polşaya göndərir 7 mart 2021, 20:54 “Liverpul” öz meydanında autsayderə uduzdu 7 mart 2021, 20:40 Qənirə Paşayeva şəhid anası ilə görüşdü - FOTO 7 mart 2021, 20:33 Avstriyada “AstraZeneca” peyvəndindən istifadə dayandırıldı 7 mart 2021, 20:22 FHN əhaliyə müraciət etdi - VİDEO 7 mart 2021, 20:13 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA 7 mart 2021, 20:01 Dönərxanada dəm qazından zəhərlənmə - Ölən var 7 mart 2021, 18:04 Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur 7 mart 2021, 17:51 İvanişvilinin iqamətgahı qarşısında polislə etirazçılar arasında qarşıdurma 7 mart 2021, 17:43 Atletimiz Qış Avropa çempionatında gümüş medal qazandı 7 mart 2021, 17:30 Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi 7 mart 2021, 17:15 ABŞ-da COVİD-19-dan ölənlərin sayı açıqlandı 7 mart 2021, 17:00 Türkiyə ərazisinə qaçaq yolla keçən PKK mənsubu saxlanıldı 7 mart 2021, 16:49 Cüdoçumuz "Böyük dəbilqə"də bürünc medal qazandı 7 mart 2021, 16:38 Buraxılış imtahandan 2 şagird xaric edildi 7 mart 2021, 16:28 “Zirə”yə argentinalı futbolçu gəldi 7 mart 2021, 16:15 Ağdamın Suma kəndindən ən son görüntülər - Video 7 mart 2021, 16:00 Dövlət qulluğu imtahanı başa çatdı: 8 nəfər seçildi 7 mart 2021, 15:49 "Taliban" hücuma keçdi: 15 polis əməkdaşı həlak oldu 7 mart 2021, 15:43 Estoniya müdafiə naziri: "Yeniyetmələrin 63 faizi Rusiya ilə müharibəyə hazırdır”   7 mart 2021, 15:36 "Osasuna" ilə oyunda "Barsa"dan rekord göstərici 7 mart 2021, 15:28 Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı 7 mart 2021, 15:19 Lənkəranlı keçmiş müəllim “mal” alverinə başladı, taksi sürücüsünü də bu işə qoşdu 7 mart 2021, 15:08 Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var 7 mart 2021, 14:58 FHN yolda köməksiz qalmış iki nəfəri xilas etdi  7 mart 2021, 14:51