Modern.az

Ermənilər Zəngəzuru tərk edir – STATİSTİKA

Ermənilər Zəngəzuru tərk edir – STATİSTİKA

24 Fevral 2021, 12:38

Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli razılaşmadan sonra Zəngəzur erməniləri bölgəni tərk edir.


Modern.az
xəbər verir ki, Qafan, Gorus, Mehri və Sisian sakinləri Azərbaycanla dövlət sərhədinin tam bərpa olunmasından ərazidə yaşayışın çətinliyindən şikayətlənir. Onlar Azərbaycanın Zəngilan, Qubadlı və Laçın rayonlarının işğal altındakı ərazilərinin Azərbaycan Ordusu tərəfindən azad olunmasından sonra strateji yüksəklikləri itirdiklərini, əkinə yaralı sahələrin azaldığını və nəqliyyat probleminin yarandığını bildiriblər.

 

Ermənistanın “Joğovurd” qəzeti 2020-ci ildə Ermənistanın bölgələri üzrə əhali sayındakı azalmanı hesablayıb. Məlumata görə, ötən il ən böyük azalma məhz Zəngəzur (Syunik) bölgəsində qeydə alınıb.

 

Ötən il bölgədə yaşayan insanların sayı 1300 nəfər azalıb. Lori vilayətində ötən il əhali 700 nəfər, Araqatsotn vilayətində 200 nəfər, Ararat vilayətində 100 nəfər, Qeqarkunik vilayətində 300 nəfər və Şirak vilayətində isə 400 nəfər azalıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir