Modern.az

Avroliqada ilk 1/8 finalçı məlum oldu

Avroliqada ilk 1/8 finalçı məlum oldu

24 Fevral 2021, 23:11

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab matçlarına start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

 

"Tottenhem" İngiltərədə Avstriyanın "Volfsberq" komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 11-ci dəqiqədə Dele Alli açıb. 50-ci və 83-cü dəqiqələrdə Karlos Vinisius, 73-cü dəqiqədə Qaret Beyl fərqlənib.

 

Pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdə baş tutan ilk görüşdən də London təmsilçisi üstün ayrılıb - 4:1. Bu səbəbdən, "Tottenhem" 1/8 finala vəsiqə qazanıb.

 

 

Qeyd edək ki, bu raundda digər cavab görüşləri fevralın 25-də oynanılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı