Arxiv
25 Fevral 2021, 11:36 | TƏHSİL
Onunçün öyrətdim ki, əlimi bu sənətə…

Vəfa Allahverdiyeva


Gücü yalnız orta biliklərə çatan hər bir gəncin ruzi şamı peşədə yanır

 

Hamı ali təhsilli ola bilmir. Heç olmamalıdır da! Bəs, insan cəmiyyəti var olduqca, mövcudluğu itməyən, gərəkliliyini qoruyub saxlamalı peşələr necə olsun-axı sənət mirasında varislik ənənəsi yaşamalıdır?! Üstəlik, yeni peşələr meydana gəlir, onlara kim sahib çıxmalıdır?!


Bu, yersiz ritorika deyil. Vaxt var idi, gözəl dolanırdı sənətkarlar: ustalar, dərzilər, şəxsi maşınların oturacaqlarına bahalı üzlük tikənlər, təmirlə məşğul olanlar, elektriklər. Belələrinə “əlləri qızıldır”- deyirdilər.  “Qızıl əllər”ə görə də onların evi müəllimin, mühəndisin, həkimin, jurnalistin evindən yaxşı idi; onlardan  yaxşı yaşayırdılar.  


Diplom dəbə elə mindi,  hamı oldu diplomlu. Di gəl ki, hər diplomlu da özünə ruzi qapısı tapa bilmədi; ya vakansiya olmadı deyə illərlə gözlədi ya da qapı var idi, keçməyə savadı çatmadı. Həyat zaman-zaman sübut etdi  ki, insanlara  əlinin peşəsi daha tez və daha bərəkətli çörək qazandırır…   


Peşə təhsilinin inkişafı istiqamətində son illər təqdirəlayiq addımlar atılıb. Ötən həftə isə bir neçə mühüm tədbir peşə təhsili sahəsini əhatə etdi.  Avropa İttifaqı bizə peşənin, sənətin faydalılığına dönməkdə yardımını ortaya qoydu;  dəyəri 5.6 milyon avro olan layihənin təqdimatı keçirildi.  


Türkiyə təcrübəsindən də öyrənmə imkanımız  rəsmiləşdi: iki ölkənin təhsil nazirləri peşə təhsilində  əməkdaşlığa dair  sənəd imzaladı.  


Üstəlik, Təhsil Nazirliyinin rəhbərliyi Azərbaycanın Cənub bölgəsində peşə təhsilinin perspektivlərini birbaşa nəzərdən keçirib, müəyyən qərarlar aldı.


Çox gözəl! Demək ki, peşələrin lazımlığına, gənclərdə ona meylin artırılmasına dövlət səviyyəsində iradə, əla bir piar işi var ortalıqda. Qalır, bu piarı ictimai səviyyədə gücləndirməyə, cəmiyyətin zehnində möhkəmlətməyə.


Məsələ burasındadır ki, sırada ikinci iş Azərbaycan ailəsinin müəyyən bir kəsiminin şüurunda dəyişiklik yelləri əsdirməkdir. Peşəyə bir qədər aşağılayıcı olan baxışları ortadan qaldırmaq, peşə təhsilinin nüfuzunu təbliğatla artırmaq lazımdır. Ali təhsilə meyllə peşə təhsilinə meyl arasında balanslı bir vəziyyət yaratmağın zamanıdır.


Əlbəttə, övladının təhsili  üçün dəridən-qabıqdan çıxan bir cəmiyyət olmağımız yaxşıdır. Amma biz Nizaminin mərkəzi plana gətirib qoyduğu sənətin vacibliyindən, “kərpiskəsən qoca”nın zəhmət düsturundan, peşə sevgisindən, başqasına möhtac olmamaq keyfiyyətindən imtina etmiş bir cəmiyyət kimi görünməməliyik.


Nə olur-olsun, mənim qızımın səsi yekə universitetlərdən gəlsin; necə olur-olsun, mənim oğlum boynu qalstuklu, şıx kostyum geyinən ziyalı olsun arzusunu tənbəl, kürəyindən itələyib qəbula göndərilən bir oğulun, qızın  üzərinə biçərsənsə əgər, dörd il sonra diplomundakı mürəkkəb qurumamış  bəsit bir iş üçün qapı döyməkdən başqa çarəsi qalmaz.    


Axı hər tələbənin diplomu ona yaxşı iş qapısı aça bilməz! 200 balla ali məktəbə qəbul ola bilərsən, valideynin əsirgəmədiyi təhsil haqqı ilə təhsilini başa çatdıra bilərsən, amma bu, hələ yaxşı mütəxəssis kimi yetişmisən demək deyil.


Diplomun var deyə, yaxşı postlara iddia edə bilməzsən. Ən yüksək bal toplayanlar, bu nəticəsini növbəti pillələrdə də saxlayıb yaxşı mütəxəssis kimi yetişənlər qədər şanslı olmayan nə qədər məzun var. Sonra gəlir dövlət qulluğuna, digər sahələrin  imtahan, müsabiqə mərhələsinə, başlayır axsamağa, çünki bacarmır. Beləliklə də bəh-bəhlə alınan diplom ananın, nənənin naftalin qoxuyan sandığının dibinə gedib düşür.


Bəlkə o, daha yaxşı bir peşə adamı ola bilərdi. Amma bir çoxumuz  lazımsız  yekəliklə, kübar görünmək ədası ilə, şöhrətpərəstlik azarı ilə övladımıza mənasız məsafə qət etdirmişik. Ailə məşvərətində onunçün zamanında doğru qərarlar ala bilməmişik.


Niyə oxuyub alim, məmur olmağı sevdiyimiz qədər usta, dərzi, yaxşı aşbaz olmağı da sevə bilmirik?! Torontoda kollec professoru ölkənin elektrikindən az qazanır. Türkiyədə mebel ustası müəllimdən yaxşı gəlirə sahibdir. Dünyanın əksər  yerində gerçəklik budur. 


XII əsrdən bu yana çox şey dəyişə bilər, amma peşələr dəyişmir, üstəlik, yeni peşələr yaranır, yetər ki, insan əlinin zəhmətə öyrədilməsi və palçıqdan pul çıxarmaq da olsa, başqasına möhtac yaşamamaq fəlsəfəsi, “kərpickəsən kişi”nin zehniyyəti ortada olsun.  Axı “kərpickəsən kişi”nin obrazlaşdırdığı prototiplər həmişə var! 


Peşə təhsili həyatda yaşamağı bacarmaq, öyrənmək yoludur. O, ruzi qapısının kilididir. Peşə adamı heç kim deyil- düşüncəsi yanlışdır; o, ziyalı deyil, elit təbəqə olmaq şansı yoxdur, doğru! Amma  o, bacarıq, halallıq və zəhmət keyfiyyətini özündə daşıyan hörmətə layiq peşəkardır, lazımlı bir ənənəni təmsil edir. O sadə yaşayır, kasıb ki deyil! Yaxşı usta günortaya qədər acdır, axşama artıq ruzisi var-aforizmi  elə-belə yaranmayıb. Elə isə niyə 8-ci sinifdən “bu uşaq oxuya bilməyəcək” dediyimiz bir gənc üçün peşə xəyalları qurmağa, doğru yolu görməyə bəsirətimiz çatmasın. Axı bu, reallıqdır ki, biləyin gücündə, barmaqların ucunda olan məharət sabah insana öz şəxsi, kiçik biznesini qurmağa da cüzi sərmayə imkanı yarada bilir.  Pul qazanmağı bacaran insan həyatın nə şaxtasından qorxar, nə atəşindən!                   


Qoy, diploma ifrat meyllənsin  istedadlılar, bilikləri yetərli səviyyədə olanlar. Amma bilikləri məhdud bir gəncdən tələbə, sonra “mütəxəssis düzəltmək”, həm valideyn olaraq  özünü aldatmaq, həm də övladına fənalıq etmək deyilmi?!


Diplom onun adına zinət vura bilər, amma real bilik səviyyəsi ilə yaranan ziddiyyət   sabahısı ona işsizlik xiffəti yaşadar. Qoy, camaat nə deyir-desin, biz övladlarımıza yaxşı gələcəyi qohumların, qonşuların rəylərinə görə inşaa etməyək!


Gücü yalnız orta biliklərə çatan hər bir gəncin ruzi şamı peşədə yanır və həmin şamın istisi ilə o, təkcə özünü yox, həm də ailəsindəki fərdlərin ürəyini qızdıra bilir. Ali təhsilin qapısı hamının üzünə açıq olmadığı halda,  sənətin qapısı hamının üzünə açıqdır. Hətta ali təhsilli mütəxəssisə də.Yetər ki, bir çönüb peşəyə sarı da baxasan!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05 Yoluxanların bu günə olan statistikası: 33 nəfər öldü 18 Aprel 2021, 17:02 Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı 18 Aprel 2021, 17:00 Gürcüstanda 13 günlük tətil elan olundu 18 Aprel 2021, 16:40 “Qarabağ” 15-ə çatdı 18 Aprel 2021, 16:34 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı 18 Aprel 2021, 16:19 Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı 18 Aprel 2021, 16:09 "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"  18 Aprel 2021, 15:58 Azərbaycan çempionatında 1400-cü qolunu vurdu 18 Aprel 2021, 15:46 Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır   18 Aprel 2021, 15:37 ABŞ-da barda atışma: ölənlər var 18 Aprel 2021, 15:25 “Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı 18 Aprel 2021, 15:14 Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək 18 Aprel 2021, 15:05 İranda Ordu Günü qeyd edilir 18 Aprel 2021, 15:04 Ukrayna Kiyevdən rus səfiri qovur 18 Aprel 2021, 14:51 Premyer Liqanı tərk edən ilk klub bəlli oldu 18 Aprel 2021, 14:44 Birinci xanım Eldar Quliyevin dəfn mərasiminə əklil göndərdi 18 Aprel 2021, 14:35 Gürcüstan da silkələndi 18 Aprel 2021, 14:25 İranda koronavirusdan ölənlərin sayı açıqlandı 18 Aprel 2021, 14:10 Suriyada keçiriləcək prezident seçkilərinin tarixi açıqlandı 18 Aprel 2021, 13:59 Xarici ölkələrdəki azərbaycanlı jurnalistlər bir araya gəldi 18 Aprel 2021, 13:51