Arxiv
25 Fevral 2021, 15:54 | AKTUAL
AMİP Xocalı soyqırımı ilə bağlı dünya birliyinə müraciət etdi

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Xocalı soyqırımı ilə bağlı dünya birliyinə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

29 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror birləşmələri Rusiyaya məxsus 366-cı motoatıcı diviziya ilə birlikdə Azərbaycanın qədim yaşayış məskənlərindən biri və 7 min əhalisi olan Xocalı şəhərinə hücum edərək şəhəri işğal etmiş, köməksiz vəziyyətdə qalmış insanlara qarşı xüsusi qəddarlıq və amansızlıqla soyqırım aktı törətmişlər. Azərbaycan tarixinə ən qanlı səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.


Xocalı soyqırımında 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq və 70 nəfəri ahıl olmaqla 613 nəfər dinc sakin amansızcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib, 76 azyaşlı körpə şikəst edilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb və 1000 nəfər güllə yarası alıb. Xocalı şəhəri ilə birlikdə 10 yaşayış məntəqəsi dağıdılaraq talan edilib, 2 tarixi abidə məhv edilib. Bu dəhşətli qətliam zamanı itkin düşənlərin və indiyədək taleyi bəlli olmayan girovların sonradan işgəncələr altında qətlə yetirildiklərinə də heç bir şübhə yoxdur.


Qətliamdan dərhal sonra bölgəyə səfər edən yerli və xarici jurnalistlərin və nüfuzlu beynəlxalq media orqanlarının hazırladıqları reportajlardan, çəkilmiş çoxsaylı foto və video materiallardan da aydın surətdə görünür ki, Xocalıda əsrin ən dəhşətli soyqırımlarından biri həyata keçirilmiş, dinc, silahsız, köməksiz əhali xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilmişdir.


Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı qətliamı kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Cinayət cəzasız qalmamalıdır. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəldilib.


Lakin, təəssüf ediləcək haldır ki, qətliamdan 29 il ötməsinə baxmayaraq, Türkiyə, Pakistan və Sudan dövləti, eləcə də Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlamentləri, həmçinin ABŞ-ın 24 ştatından savayı digər dünya dövlətləri hələ də bu soyqırıma hüquqi qiymət verməmiş, onu azərbaycanlılara qarşı törədilən genosid aktı kimi tanımamışlar.


Halbuki, bu qırğınlar zamanı Cenevrə konvensiyası, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) 2, 3, 5, 9 və 17-ci maddələri, o cümlədən «Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi» Bəyannaməsi (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul etmişdir) kobud surətdə pozularaq insanlığa sığmayan qəddarlıq nümayiş etdirilmişdir.


Azərbaycan Milli İstiqlal Partiyası növbəti dəfə dünya ölkələrinə və parlamentlərinə, beynəlxalq təşkilatlara, bütün sivil dünyaya müraciət edərək, bu dəhşətli qətliamı Azərbaycan xalqına qarşı törədilən genosid aktı kimi tanımağa səsləyir, 1992-ci il fevralın 26-da baş verən bu qanlı soyqırıma hüquqi qiymət verilməsini və cinayətkarların layiq olduqları cəzanı almalarını tələb edir"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident 20 Aprel 2021, 21:21 Boksçumuz dünya üçüncüsü oldu 20 Aprel 2021, 21:08 “Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun” – İlham Əliyev 20 Aprel 2021, 20:55 Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06