Modern.az

Ermənistanın polis rəisi istefa verib?

Ermənistanın polis rəisi istefa verib?

27 Fevral 2021, 23:59

Ermənistan polisinin rəisi (daxili işlər naziri) Vahe Qəzaryanın işdən çıxarılması barədə məlumat həqiqətə uyğun deyil.

 

Modern.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

 

"Məlumat həqiqətə uyğun deyil. Polis rəisi vəzifələrini yerinə yetirməyə davam edir", - deyə mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, bundan əvvəl, erməni teleqram kanalları Baş nazir Nikol Paşinyanın Baş Qərargah rəisi Onik Qasparyanın həbs edilməsi barədə Milli Təhlükəsizlik Xidmətinə təlimat verdiyini, lakin bundan imtina etdiklərini bildirmişdilər. İddialara görə Paşinyandan sonra polis xüsusi təyinatlılara həbs qərarı verib. Bundan sonra polis rəisinin istefa ərizəsi yazdığı iddia edilmişdi.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi