Modern.az

İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası

İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası

Dünya

28 Fevral 2021, 21:33

İran hökuməti 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoyub.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb koronavirusun və onun yeni ştammlarının qarşısını almaq cəhdidir. İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Həsən Zibakşın sözlərinə görə, qadağa həmin 32 ölkədən birbaşa gələn və ya son 2 həftədə 4 saat müddətində dövlətlərin ərazisində olanlara tətbiq ediləcək.

 

Məhdudiyyətlər qoyulan ölkələr: Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Bitsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Qvineya, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve.  

 

Zibakş həmçinin qeyd edib ki, İrana gələn 8 yaşdan yuxarı bütün sərnişinlər COVID-19 üçün mənfi test nəticəsi ilə bağlı sənəd təqdim etməlidirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır