Modern.az

Gəncədə ev yandı

Gəncədə ev yandı

28 Fevral 2021, 23:03

Gəncə şəhərində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin 3 mikrorayonunda yerləşən binalardan birinin 2-ci mərtəbəsində qeydə alınıb.

 

Şəhər sakini, 1992-ci il təvəllüdlü Lalə Cavadovaya məxsus, sahəsi 60 kv/m olan evin mətbəxində qəfildən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, evin digər otaqları yanğından mühafizə olunub.

 

İlkin məlumata görə, yanğın su qızdırıcısında olan qısaqapanmadan qaynaqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir