Modern.az

Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanıldı

Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanıldı

1 Mart 2021, 17:55

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşkilatçılığı ilə Tokio şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, Tokionun mərkəzində yerləşən "Tokyo" metro stansiyasının, Azərbaycanın Yaponiyadakı səfirliyinin və paytaxtın məşhur Şincuku rayonunda yerləşən "Qarabağ" restoranının qarşısında baş tutan aksiya zamanı üzərində yapon və ingilis dillərində "Xocalıya ədalət!" tələbinin yazıldığı tibbi maskalar, Xocalı soyqırımı ilə bağlı fotoların və məlumatların əks olunduğu broşürlər paytaxt sakinlərinə paylanılıb. Sakinlərə izah edilib ki, maskaların üzərində yerləşdirilən QR-kodu vasitəsilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalı şəhərində törətdikləri qətliam barədə daha ətraflı məlumat əldə etmək mümkündür.

 

Qeyd edək ki, mobil tətbiqli bu tibbi maskalar Yaponiyada yaşayan soydaşımız Aysu Yusifzadənin ideyası əsasında Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və Tokioya göndərilib.  

 

Aksiyada Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərli və mərkəzin fəalları,  ölkəmizin Yaponiyadakı səfirliyinin əməkdaşları və soydaşlarımız iştirak ediblər. Aksiyanın səfirliyin önündə keçirilən hissəsinə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də qatılıb. O, əməkdaşları ilə birlikdə şəhər sakinlərinə tibbi maskalar paylayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir