Arxiv
2 mart 2021, 13:00 | AKTUAL
Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2021-ci il fevral ayının 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak edən jurnalistlərin sayına, təmsilçiliyinə, müddətinə və məzmununa görə analoqu olmayan tədbirlərdən biri idi. Cənab Prezident 4 saatdan çox çəkən mətbuat konfransında 4 dildə, dünyanın 35 qabaqcıl və tanınmış media qurumunun 50-yə yaxın sualını cavablandırmış, verilən bütün sualların cavabları gözlənildiyindən daha ətraflı və zəngin olmuş, mətbuat konfransı açıq, şəffaf və isti mühitdə, işgüzar şəraitdə keçirilmiş, jurnalistlərə öz suallarını verməyə hərtərəfli şərait yaradılıb.

 

Cavablandırılan suallarda Cənab Prezident 44 günlük müharibədən və 10 noyabr 2020-ci il tarixli üç tərəfli bəyənatdan sonra Qarabağ bölgəsindəki mövcud durum, bölgənin dirçəldilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, regiondakı ictimai-siyasi vəziyyət, Qarabağda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi, bərpa-quruculuq, kommunikasiyaların açılması, beynəlxalq birlik üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaranan yeni imkanlar, Rusiya sülhməramlı qüvvələrinin və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti, Qarabağda yaşayan etnik ermənilərlə gələcəkdə birgəyaşayışın təmin edilməsi, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına, o cümlədən Xocalı da daxil olmaqla hazırda Rusiya sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərə köçürülməsi istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər, Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə və Azərbaycan-İran münasibətlərinin 10 noyabrdan sorakı vəziyyəti və gələcək inkişaf perspektivlər, Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində atılan addımlar, Ermənistandakı revanşist qüvvələrin hakimiyyətə gəlmək xülyaları və 44 günlük müharibədən sonra ağır və sarsıdıcı məğlubiyyət fonunda Ermənistanın daxilində baş verən idioloji və siyasi hakimiyyət böhranı və digər çoxsaylı məsələlər barədə istər dünya ictimaiyyətində, istərsə də ölkə əhalisində yaranan suallar,dəqiqliklə və məntiqlə cavablandırdı, onları narahat edən məsələlərə tam aydınlıq gətirdi. Azərbaycan cəmiyyətinə bir daha aydın oldu ki,”DQR” və “Dağlıq Qarabağ” deyilən bir məfhum yoxdur və bu barədə söhbət gedə bilməz ."Nəyi, nə zaman və necə etməyi" Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevdən yaxşı heç kəs bilmir.

 

Prezident regionda, ölkədə və Qarabağda baş verən proseslərin hər birindən məlumatlıdır, bu prosesləri istiqamətləndirir, idarə edir və lazım gəldikcə, məqamı yetişdikdə müsahibələr, görüşlər, səfərlər və digər tədbirlər zamanı bu barədə media vasitəsilə istər beynəlxalq ictimaiyyətə, istər ölkə əhalisinə, istərsə də opponetlərimizə, rəqiblərimizə və düşmənlərimizə lazımı mesajlar (ismarıclar) verir. Bu ismarıclar o qədər aydın və anlaşılan formada verilir ki ,onları başa düşməmək nadanlıqdır. Cənab Prezidentin son mətbuat konfransı onun nə qədər səbr və dözüm qabiliyyətinə, yüksək intellektə və diplomatik gedişlərə, yanaşma ustalığına, yüksək ünsiyyət keyfiyyətlərinə malik olduğunu bir daha nümayiş etməklə,müasir dövrün siyasi lideri,ağıllı və müdrik dövlət başçısı olmaq nümunəsini əyani şəkildə nümayiş etdirdi. Əminik ki, bu mətbuat konfransı 44 günlük Vətən müharibəsindəki qələbədən sonra informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da möhkəmləndirməklə, regionda yaranmış yeni şəraitdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaqdır.

 

Ramiz Göyüşov,

YAP Binəqədi rayon təşkilatının sədri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cövhər Dudayev - Telefon danışığının badına getmiş çeçen general 21 Aprel 2021, 12:20 Ukraynada ehtiyatda olan hərbçilər orduya ÇAĞIRILDI 21 Aprel 2021, 12:16 Daha bir marşrutda ödəniş “BakıKart”la olacaq 21 Aprel 2021, 12:10 FHN əməliyyat görüntüləri yaydı - 2 meyit aşkar edilib - VİDEO 21 Aprel 2021, 12:04 Vaqif Qəhrəmanovun cərrahlıq “odisseyası” - FOTOLAR 21 Aprel 2021, 11:58 Rusiya “əsir məsələsi”ndə Ermənistanı DƏSTƏKLƏMƏDİ 21 Aprel 2021, 11:52 Prokurorluq həkim səhlənkarlığı ilə bağlı araşdırma aparır 21 Aprel 2021, 11:46 Dövlər başçısının  məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır - MÜSAHİBƏ 21 Aprel 2021, 11:40 Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub 21 Aprel 2021, 11:34 Ən amansız müharibə cinayətləri Azərbaycana qarşı törədilib 21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28