Modern.az

Sarkisyan Baş Qərargah rəisinin işini Konstitusiya Məhkəməsinə GÖNDƏRDİ

Sarkisyan Baş Qərargah rəisinin işini Konstitusiya Məhkəməsinə GÖNDƏRDİ

Dünya

2 Mart 2021, 15:53

Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə baş nazir Nikol Paşinyanın qərarını  2-ci dəfə də imzalamayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prezident məsələni Konstitusiya Məhkəməsinə göndərib.

Konstitusiya Məhkəməsi istefa qərarının qanunvericiliyə uyğun olub-olmadığını müəyyən edərək, yekun hökm verəcək.

 
“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna görə, prezident baş nazirin təqdimatını ikinci dəfə imzalamayanda qaldırılan məsələ həllini tapır. Yəni Onik Qasparyan martın 4-dən Baş Qərargah rəisi postunu tərk etməli olacaq. 

Xatırladaq ki, ötən həftə Onik Qasparyan bəyanat yayaraq N.Paşinyanı istefa verməyə çağırmışdı.

Bunu dövlət çevrilişi cəhdi kimi qiymətləndirən baş nazir N.Paşinyan generalı işdən azad etdiyini demiş və müvafiq müraciəti imzalanması üçün prezidentə göndərmişdi.

A.Sarkisyan isə Baş qərargah rəisinin istefaya göndərilməsi qərarını imzalamaqdan imtina etmişdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır