Arxiv
4 mart 2021, 00:50 | AKTUAL
Vətən müharibəsində itkin düşən 9 əsgər... - FOTO

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi martın 2-də Vətən müharibəsində itkin düşən hərbçilərimizin yenilənmiş siyahısını təqdim edib. İtkin düşən 28 hərbi qulluqçudan 9-u əsgərdir.

 

Modern.az Vətən müharibəsi zamanı itkin düşmüş həmin əsgərlərlə bağlı məlumatları təqdim edir:

 

Yusubov Orxan Allahverdi oğlu

Vətən müharibəsində itkin düşən 29 yaşlı Orxanın sentyabrda Kəpəz rayon Səfərbərlik Xidmətinin çağırışıyla təlimə yollanıb. N saylı hərbi hissənin “Həmlə” qrupunda olub. Orxan Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 5 aydan artıqdır ki, ailəsi Orxandan xəbər ala bilmir. İtkin düşən əsgərimiz Kəpəzdə yerləşən marketlərin birində administrator işləyib. Orxan subaydır.

 

Səfərli Xəqani İlqar oğlu

1991-ci il təvəllüdlü Xəqani Vətən müharibəsinə Bakının Xətai rayon Hərbi Komissarlığının çağırışı ilə gedib. O, sonuncu dəfə ailə üzvləri ilə oktyabrın 4-də əlaqə saxlayıb. Həmin tarixdən sonra yaxınları Xəqanidən xəbər ala bilmir. 

 

Salamov Qorxmaz Bayram oğlu

1996-cı il təvəllüdlü əsgərimiz Şəkinin Baş Göynük kəndindəndir. O, sonuncu dəfə ailəsi ilə oktyabrın 14-də əlaqə saxlayıb. Qorxmazın həmin vaxt Suqovuşan istiqamətində olduğu bildirilib. Lakin sonrada əsgərdən xəbər alınmayıb.

 

Qədirli Elnur Rəcəb oğlu

1997-ci ildə İsmayıllının Diyallı kəndində anadan olub. Sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Ailəsi sonuncu dəfə Elnurla oktyabrın 7-də əlaqə saxlayıb. Həmin tarixdən sonra Elnurdan xəbər yoxdur.

 

Mustafayev Elvin Fuad oğlu

1997-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinə könüllü yollanıb. Sonuncu dəfə ailəsi ilə Zəngilan işğaldan azad ediləndə əlaqə saxlayıb. Həmin tarixdən sonra Elvindən xəbər yoxdur. 

 

Məmmədov Vüsal Elşən oğlu

1998-ci il təvəllüdlü Vüsal 8 noyabr tarixindən itkindir. Sonuncu dəfə onun Xocavənd isdiqamətində döyüşdüyü bildirilir. 5 aydan çoxdur ki, ailəsi Vüsaldan xəbər ala bilmir.

 

Kərimli Qalası Müslüm oğlu

Ailəsi 2000-ci il təvəllüdlü Qalası ilə sonuncu dəfə noyabrın 2-də danışıb. Bu zaman o, Şuşaya (Daşaltına) döyüşə yola düşdüklərini bildirib. Artıq 5 aydan çoxdur ki, əsgər Kərimlidən xəbər yoxdur.

Onud da qeyd edək ki, itkin əsgərimiz Zəngilan, Füzuli, Hadrut uğrunda da döyüşüb. O, Prezidentin sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

 

İmanov Məmmədağa İqab oğlu

O, Neftçala rayonundan hərbi xidmətə yollanıb. Döyüşlər başlayanda Beyləqanda xidmət edib. Sonuncu dəfə ailəsi ilə sentyabrın 29-da əlaqə saxlayıb. 2001-ci il təvəllüdlü əsgərizdən 3 aydan çoxdur ki, xəbər yoxdur.

 

Feyzullayev Aydın Zakir oğlu

25 yaşlı Aydın Feyzullayev sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlayanda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər.

Əsgərimizin atası Zakir Feyzullayev bildirib ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb: 

 

“Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər” (qafqazinfo).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı 19 Aprel 2021, 04:20 Avropada futbol qalmaqalı 19 Aprel 2021, 01:00 “Ayaks” 20-ci ölkə kubokunu qazandı 19 Aprel 2021, 00:50 Boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 19 Aprel 2021, 00:38 Türkiyədə meşə yanğınları PUA-larla izlənəcək 19 Aprel 2021, 00:22 Goranboyda karantinlə bağlı reyd keçirildi - FOTO 19 Aprel 2021, 00:05 Bakıda yol qəzası - xəsarət alan var 18 Aprel 2021, 23:56 Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO 18 Aprel 2021, 23:40 Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO 18 Aprel 2021, 23:23 İraqda hərbi bazaya raket hücumu - yaralananlar var 18 Aprel 2021, 23:18 Rusiya 20 Çex diplomatını ölkədən qovdu 18 Aprel 2021, 23:06 Messidən bir oyunda üç REKORD 18 Aprel 2021, 22:53 Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu 18 Aprel 2021, 22:40 Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05