Modern.az

Rusiyalı deputat sərsəmlədi: “Sülhməramlılar Qarabağa həmişəlik gedib”

Rusiyalı deputat sərsəmlədi: “Sülhməramlılar Qarabağa həmişəlik gedib”

Qarabağ

4 Mart 2021, 11:55

Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin qalmaqallı açıqlama verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, videokörpü vasitəsilə keçirilən tədbir zamanı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib.

 

“Rusiya sülhməramlıları Dağlıq Qarabağa rəsmi olaraq 5 illik getsə də, düşünürəm ki, onlar həmişəlik ordadırlar. Mən onu da düşünürəm ki, situasiya hazırda inkişaf etdiyi kimi qalsa, müyyən müddət sonra Zəngəzurdakı Rusiya qüvvələrinin gücləndirilməsi baş verəcək. İnsanların Qarabağdan qaçmaması üçün vəziyyət bunu tələb edir. Ermənilərin öz tarixi torpaqlarında yaşaması bizim üçün vacibdir”- deyə Zatulin əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi