Modern.az

Vasif Talıbovun YAP-a maskasız gəlişi müzakirələrə səbəb oldu - FOTO

Vasif Talıbovun YAP-a maskasız gəlişi müzakirələrə səbəb oldu - FOTO

5 Mart 2021, 12:11

Bu gün səhər saat 10-da Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı öz işinə başlayıb. 

Modern.az xəbər verir ki, qurultayda iştirak etmək üçün YAP-ın mərkəzi qərargahına toplaşan partiya funksionerlərinin gəlişi diqqətlə izlənilib.

Kimin qurultaya çağırılıb, kimin çağırılmadığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ burasındadır ki, partiyanın rəhbər strukturlarında təmsil olunan bir sıra tanınmış simalar qurultaya dəvət almayıblar.

Ayrıca müzakirə mövzusu olan hadisələrdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qurultaya maskasız gəlməsi olub.

Belə ki, V.Talıbov karantin qaydalarına zidd olaraq, açıq havada tibbi maskasız görünüb.

Qeyd edək ki, Naxçıvanda açıq havada və qapalı məkanlarda tibbi maskadan istifadə barədə məcbur qərar yoxdur. Bakıda isə hər yerdə maska taxmaq məcburidir.

Vasif Talıbovun YAP-a maskasız gəlişi sosial şəbəkələrdə müzakirələrin açılmasına səbəb olub.

 
A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı