Modern.az

Messi oğlu ilə səs verdi

Messi oğlu ilə səs verdi

Aktual

7 Mart 2021, 21:25

Bu gün "Barselona" klubunda prezident seçkiləri keçirilir.

Modern.az xəbər verir ki, artıq Kataloniya klubunun kapitanı Lionel Messi oğlu ilə birgə səsvermə məntəqəsinə gələrək seçimini edib.


Seçki məntəqələri yerli vaxtla səhər saat 9:00-da açılıb. Səsvermə 12 saat davam edəcək.

 

Bakı vaxtilə saat 02:30-da "Barcelona"nın yeni prezidenti elan ediləcək. Yeni prezidentin rəsmi elanından sonra 30 dəqiqəlik çıxışı gözlənilir.

Qeyd edək ki, prezidentlik uğrunda üç namizəd - Joan Laporta, Viktor Font və Toni Freyşa mübarizə aparır. Qalib gələn şəxs 2026-cı ilə qədər "Barselona"ya rəhbərlik edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı