Modern.az

Madrid komandaları sülh bağladı

Madrid komandaları sülh bağladı

7 Mart 2021, 21:35

İspaniya La Liqasının 26-cı turunda "Atletiko Madrid" evdə "Real Madrid"i qəbul edib.

 

Modern.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.

 

Qolları meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Luis Suares, qonaqların heyətində isə 88-ci dəqiqədə Kerim Benzema vurub.

 

Qeyd edək ki, bu nəticə ilə "Atletiko" xalını 59-a, "Real" isə 54-ə çatdırıb. Hazırda turnir cədvəlində "Atletiko" birinci, "Barselona" (56 xal) ikinci, "Real" isə üçüncü pillədə qərarlaşıb.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?