Modern.az

Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi bilindi

Başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi bilindi

7 Mart 2021, 22:28

Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.

 

Onun Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir.

 

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.

 

Faktla bağlı araşdırma aparılır (report).

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır