Arxiv
8 mart 2021, 11:02 | AKTUAL
Etibarlı tərəfdaş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fevral ayının 26-da keçirdiyi mətbuat konfransında diqqəti cəlb edən əsas məsələlərdən biri də Azərbaycanın etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olması barədə söylənilən fikirlər idi. Azərbaycan müstəqillik qazandıqdan sonra dünya siyasi orbitinə düşməsinə baxmayaraq, xarici siyasət sahəsində ilk uğurlu addımları ümummilli lider Heydər Əliyev təkrar hakimiyyətə gələndən sonra formalaşmağa başladı. Ölkəmiz dünyaya etibarlı tərəfdaş kimi təqdim olundu və bu təqdimat özünü çox gözlətmədi. Məhz Ümummilli liderin peşəkarlığı nəticəsində 1994-cü ilin may ayında atəşkəs əldə olundu və sentyabr ayını 20-də “Əsrin müqavilsi” imzalandı.

 

Ölkəmiz sürətlə dünyaya inteqrasiya olunmağa başladı və iştirak etdiyi bütün layihələrdə etibarlı, güvənli bir dövlət kimi öz yerini və tərəfdaş ciddiyyətini bu günə qədər uğurla qoruyub saxlayır. Ölkəmizin iştirak etdiyi bütün layihələrlə bağlı verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qorunması sahəsində göstərdiyi siyasət dövlətimizin müsbət imicinin formalaşması ilə nəticələndi.

 

Ümummilli liderin layiqli davamçısı olan İlham Əliyev nəinki Azərbaycanın ona etibar edilmiş müsbət imicin qoruyub saxladı, həm də onu kifayət qədər yaxşılaşdırmağı bacardı. Artıq ölkəmiz yalnız sosial-iqtisadi sahələrdə deyil, həm də siyasi və hərbi-təhlükəsizlik sahələrində həyat keçirdiyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində də özünü etibarlı bir tərəfdaş kimi qəbul elətdirib. Çünki Azərbaycan əməkdaşlıq etdiyi tərəfdaşları ilə bərabərhüquqlu, hər iki tərəfin iqtisadi və siyasi maraqlarının gözlənilməsi və üzərinə götürdüyü öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi siyasətini həyata keçirməklə beynəlxalq siyasi arenada özünü, güvənilə bilən bir ölkə kimi təqdim etməyi bacardı.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ixtisasca peşəkar siyasətçi olduğuna görə, dövlətin xarsi siyasət kursunda öhdəliklərin yerinə yetirilməsi sahəsində həmişə ardıcıl və səmimi olmuşdur. Ölkə başçısı tez-tez öz  çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunur və bu siyasət barədə ətraflı məlumat verir. Cəmiyyətə çatdırıla bilməsinin mümkünlüyü səviyyəsində xarici siyasət barədə ölkə başçısı həmişə həm xalqı ilə, həm də tərəfdaşları ilə açıq və səmimi olub.

 

Xarici siyasət sahəsində ölkəmiz milli maraqların qorunması şərti ilə beynəlxalq hüquqa əsaslanan bir siyasət sərgiləyir. Məqsəd qoşulduğumuz və razılaşdığımız ikitərəfli və çoxtərfli əməkdaşlıq sahəsində yeni uğurların qazanılmasıdır. Azərbaycan beynəlxalq təşkilatlarla da eyni siyasəti həyata keçirir. Belə ki, ölkəmiz 1992-ci ildə BMT-nin üzvi kimi həmin təşkilatın bütün prinsiplərinə əməl edir və iştirak etdiyi bütün səsvermə proseslərində ancaq haqqa və ədalətə səs verir.

 

Ölkəmiz uzun müddət ərazi bütövlüyünün bərpasında əziyyət çəkdiyinə görə, istər BMT-də, istərsə də digər beynəlxalq təşkillatlardakı səsvermələr zamanı həmişə Ukraynanın, Moldovanın və Gürcüstanın ərazi bütövlüyünü qoryan bir ölkə kimi səs verib. Eyni zamanda həmin ölkələrdə həmişə Azərbaycanın ərazi bütölüyünü dəsəkləyiblər. Hər cür beynəlxalq və regional siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq ölkəmiz öz imicini qoruyub, saxlamağı bacarmışdır.

 

Azərbaycanın yürütdüyü uğurlu və uzaqgörən xarici və daxili siyasəti, onu Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider bir dövlətinə çevirmişdir. Ölkəmiz ötən əsrin sonlarından etibarən iştirak etdiy bütün beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat, infrastruktur, logistika və digər layihələrin hamısını uğurla başa çatdırmışdır. Məhz bu xüsusiyyət ölkəmizi dünya, Avropa və qonşu ölkələr üçün qaz ilə təchiz edən etibarlı ölkəyə çevrmişdir. Azərbaycan artıq nəinki  özünü elektrik enerjisi ilə təmin edir, həm də onu xarici ölkələrə ixrac etməklə  böyük vəsait qazanır.

 

Yanvarın 11-də imzalanmış üçtərəfli bəyənatın şərtlərinə görə açılacaq Zəngəzur dəhlizi Xəzər və Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərindən xəbər verir. Ölkəmiz yüz ildən çox ayrı qaldığı Naxçıvanla birləşməklə bərabər, həm də qardaş Türkiyə ilə birləşəcək. Azərbaycanın proqnozlaşdırdığı və həyata keçirmək istədiyi strateji  iqtisadi, siyasi, təhlükəsizlik məsələləri sahəsimdəki layihələri ölkəmizə yeni nailiyyətlər və uğurlar gətirəcəkdir.

 

Nahid Əsədzadə

Azərbaycan Kooperasiya Universitetinin tələbəsi,

Nərimanov rayonun fəal gənci

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan Zəngəzurda satqın adlandırıldı - Qarşıdurma 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14 İlham Əliyevin mesajı Rusiyaya çatdı - TƏHLİL 21 Aprel 2021, 09:06 Manatın xarici valyutalara qarşı məzənnəsi 21 Aprel 2021, 09:00 “Rusiya Xocalıda parada hazırlaşırsa, biz də Türk əsgərilə Şuşada parad keçirək” – Deputatdan ETİRAZ 21 Aprel 2021, 08:56 Deputatın ailəsinə ağır itki üz verib 21 Aprel 2021, 08:51 Ağstafada yas mərasimi təşkil edənlər cərimələnib 21 Aprel 2021, 08:45 Rusiya ilə üz-üzə qalan Azərbaycanın geriyə yolu yoxdur... 21 Aprel 2021, 08:40 Oruc tutanlara həkim MƏSLƏHƏTİ 21 Aprel 2021, 08:38