Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlametin bu gün keçirilən iclasında soyadlar məsələsinə toxunub.
Modern.az xəbər verir ki, deputat Azərbaycanda soyadların dəyişdirilməsinin çox çətin proses olduğunu bildirib:
"Bu prosesin asanlaşdırılmasına ehtiyac var. Bəziləri yuxarıdan göstəriş almayıb deyə buna mane olur. Bu məsələ parlamentdə dəfələrlə müzakirə edilib. Ədliyyə Nazirliyi göstəriş verə bilər ki, yeni tələbə uyğun soyadlar milliləşdirilsin. Böyük rüsumlar tələb edilir. Əhalinin buna imkanı yoxdur. Sizdən xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın. Yerli idarələrə tapşırılsın ki, vətəndaşların bu arzusunu yerinə yetirsinlər”.
Parlametin vitse-spikeri Əli Hüseynli deputata cavab olaraq bildirib ki, bu məsələ parlamentdə səsləndirilib:
“İttiham etməli heç kəs yoxdur. Bu məsələylə bağlı Ədliyyə Nairliyi vətəndaşın arzusunu icra edir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadını milliləşdirə bilər. Yeni doğulan övladlarla bağlı ümumiyyətlə problem yoxdur. Ümumiyyətlə isə Azərbaycanda bu gün belə bir problem yoxdur”.