Modern.az

Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib

Ombudsmanın təklifi ilə 2 072 məhkum vaxtından əvvəl azad edilib

Aktual

9 Mart 2021, 12:30

COVID-19 pandemiyasının qarşısının alınması tədbirləri çərçivəsində əlilliyi olan şəxslərin, törətdiyi əməldən səmimi peşman olan, islah olunmuş və cəmiyyət üçün artıq təhlükə törətməyən çoxuşaqlı məhkum anaların, habelə yetkinlik yaşına çatmayan, 60 yaşını keçmiş, səhhətində ciddi problemləri olan məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması üçün müraciətlər edilib.

 

Modern.az xəbər verir ki, bu barədə bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib. 

 

Məruzədə vurğulanıb ki, pandemiya dövründə Ombudsmanın təklifləri də nəzərə alınaraq, 2 072 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib.

 

Bununla bərabər, 422 məhkum məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 10 məhkum ağır xəstəliyə görə azadlığa buraxılıb, 334 məhkum cəzadan azad edilib və 591 məhkumun cəzası azaldılıb. Həmçinin 906 nəfər təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?