Modern.az

Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib?

Hansı universitetlərdə koronavirusa yoluxmalar baş verib?

9 Mart 2021, 13:51

Təhsil Nazirliyinin qərarına əsasən, fevralın ortalarından ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində ənənəvi tədris forması qismən bərpa olunub.

Maraqlıdır, koronavirusa yoluxmanın artığı günlərdə universitetlərdə son vəziyyət necədir, ənənəvi formada təhsil alan tələbələr karantin qaydalarına əməl edirlərmi?

Modern.az-ın əməkdaşı bu sorğu ilə ənənəvi təhsilə keçmiş bir necə universitetin mətbuat xidmətinə müraciət edib.

Azərbaycan Tibbi Unuversitetinin mətbuat katibi Günel Aslanova bildirib: “Hələ ki universitetimizdə yoluxma halı qeydə alınmayıb. Bütün qaydalara həm tələbələr tərəfindən, həm də işçi heyətimiz tərəfindən əməl olunur.

Onu da qeyd edim ki, bütün fakültələrin 4, 5 və 6-cı kurslarında ənənəvi qaydada təhsil bərpa olunub”.

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İskəndərova qeyd edib ki,  ənənəvi qaydada tədris keçən tələbələr arasında hələ ki yoluxma halı qeydə alınmayıb: “Çünki universitetimizdə karantin qaydalarına əməl edilməsi üçün ciddi nəzarət olunur”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva: “Universitetimizin memarlıq fakültəsində təhsil ənənəvi qaydada keçirilir. Tədris müddətində də bütün karatin qaydalarına əməl olunur”.


Xatırladaq ki, 16 fevral 2021-ci il tarixindən ali təhsil müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fəblərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibbi, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada aparılır. Digər ixtisaslar üzrə tədris isə distant qaydada davam etdirilir.

Fidan İlqarqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi