Modern.az

Baş redaktor yüksək vəzifəli generallara MÜRACİƏT ETDİ

Baş redaktor yüksək vəzifəli generallara MÜRACİƏT ETDİ

Media

17 Mart 2021, 09:36

“General Rövşən Əkbərovu 20 il qabaq törədilmiş bir cinayətə görə tutdular. Deməli, nə yaxşılıqlar unudulur, nə də pisliklər. Bu xəbəri oxuyanda: "Bəs mənə qarşı törədilmiş cinayətin üstü nə zaman açılacaq?" deyə özümə sual verdim”.
Bu sualı uzun illər Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik naziri Eldar Mahmudova yazılı müraciətlərimdə dəfələrlə vermişdim. Ancaq həmişə standart cavab almışdım: istintaq gedir. İndi o generalların heç biri həmin vəzifələrində deyillər”.

Modern.az-ın məlumatına görə, bu sözləri “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev deyib.

“Bu gün eyni sualla hazırda o postları tutan generallara - Kamran Əliyevə, Vilayət Eyvazova, eləcə də, ləğv edilmiş MTN-nin yerində yaradılmış Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Bəlkə də, "cinayətin zamana görə qüvvəsi" əsas gətiriləcək. Bəlkə də, əksinə, Zamanın cinayətə görə qüvvəsi üstün gələcək. Bilmirəm, necə olacaq”,- baş redaktor bildirib.


B.Həziyevin sözlərinə görə, ona  qarşı ölümə sui-qəsdin törədilməsinin mayda 15 ili tamam olur.

“Bu cinayətin "yubiley"inə qədər mənim üçün ən böyük hədiyyə cinayətkarların tapılıb tutulması olardı. Rövşən Əkbərov 20 il qabaq törətməkdə şübhəli bilindiyi cinayətə görə həbs edildiyi, ədalətin gec də olsa, yerini tutduğu kimi, mənim həyatıma qəsd edənlərin də barəsində belə həbslər gözləyirəm. Düzdür, mənə qarşı cinayətdə adı hallananlardan bəziləri artıq başqa ittihamlarla həbs olundular. Ancaq konkret olaraq bu cinayətə görə tutulan olmadı. Ümid edirəm, sifarişçilər və salamat qalıblarsa, icraçılar nə zamansa Rövşən Əkbərov kimi gec də olsa, qandallanacaq. Doğrudur, Rövşən Əkbərovu Kiyevdə iş adamı Elçin Əliyevin qətlinə görə saxlayıblar, amma tamam başqa - daha ağır cinayətlərə görə tutacaqlar. Mən insanların nə ədalətinə, nə də mərhəmətinə sonadək bel bağlaya bilmirəm. Ona inanıram ki, İlahi ədalət var və gec-tez yerini tapır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü