Modern.az

Koronavirusa görə küçəyə çıxma qadağası götürüldü...

Koronavirusa görə küçəyə çıxma qadağası götürüldü...

Təhsil

30 Mart 2021, 16:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni koronavirus məhdudlaşdırmaları  sırasında 65 və 20 yaş təbəqələrinə qoyulan qadağaların aradan qaldırılması haqqında bir söz deməməsi qarışıqlıq doğurub.

Nəhayət ki, riskli yaş qrupları üçün son vəziyyət açıqlanıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aşağı və orta risk qrupuna daxil olan ərazilərdə 65 və yuxarı yaşda olan vətəndaşlar, 20 yaşa qədər olan gənclər və uşaqlar üçün qoyulan qadağalar aradan qaldırılıb.

Qeyd edək ki, risk qrupuna daha çox daxil olan ərazilərdə 65 yaşdan çox və 20 yaşdan az gənclərin küçəyə çıxma müddəti 3 saatdan 4-ə qaldırılıb.

65 yaş və daha yüksək yaş qrupuna daxil olanlar 10:00- 14:00, 20 yaşdan aşağı gənclər üçün isə 14:00-18:00 saatları nəzərdə tutulub.

 

Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı