Arxiv
6 Aprel 2021, 14:52 | ƏDƏBİYYAT
“Xarala heyva yox, alma atarlar...”

Akif Cabbarlı


Yaxşı yadımdadır, 2008-ci ilin iyulunda – Çin Olimpiadası ərəfəsində MDB ölkələrini təmsil edən bir qrup jurnalist bu ölkəyə yaradıcılıq ezamiyyətinə yollanmışdı. Onların arasında AzərTac-ın əməkdaşı Vladimir Morozkov və “Azərbaycan” qəzetinin xüsusi müxbiri kimi bu sətirlərin müəllifi də vardı. Səfərimizin məqsədi Olimpiadaya hazırlığın vəziyyətini öyrənmək və mətbuatda işıqlandırmaq idi.


Müxtəlif respublikalardan gələn jurnalistlər ilk gündəncə Pekinin yüksək komfortlu otelinin vestibülündə dərhal dostlaşdılar və hamılıqla Çin Xarici İşlər Nazirliyinin təşkil etdiyi tədbirlərdə fəal iştirak etməyə başladıq. İyirmi günlük səfər proqramımız çox zəngin idi – Pekinəki və əyalət şəhərlərindəki nəhəng idman arenalarına baş çəkir, müvafiq strukturların fəaliyyəti ilə tanış olur, xüsusi təyyarə reysləri ilə ölkənin cənubunadək səfərlərə çıxır, Çinin mədəniyyəti, iqtisadiyyatı, əhalinin həyat tərzi ilə ətraflı tanış olurduq. Sonralar mən işlədiyim qəzetdə “Çində əsl pələng sımrayışı” adlı silsilə yazılarımda səfər təəssüratımı oxucularla bölüşmüşəm. İndi isə səfər zamanı rastlaşdığımız və iştiakçısı olduğumuz maraqlı məqamlardan birini xatırlamaq istərdim.


...Əyalətlərdən birində yaraşıqlı qəsəbənin girəcəyində bizi lap Sovet vaxtlarında olduğu kimi şüarlarla, transparantlarla, milli musiqi sədaları altında qarşıladılar. İstər-istəməz SSRİ vaxtında kolxozlara gedən təşviqat briqadalarının qarşılanma prosesini yada saldıq. İndi haqq dünyasında olan Volodya təmiz azərbaycanca, şirin Bakı ləhcəsi ilə dedi ki, qədeş, adam özünü lap geroy sostruda (Sosialist Əməyi Qəhrəmanı – A.C.) kimi hiss edir ha. Nə isə. Bizim gəlişimiz münasibətilə təsərrüfatın əksər üzvləri açıq səhnə ətrafına toplaşdı və çal-çağır başladı. Bir az keçmiş konfransiye elan elədi ki, indi qonaqlar öz dillərində mahnı oxuyacaq və onlara məxsusi hazırlanmış hədiyyələr də təqdim olunacaq. Dərhal yanımızda oturan Livan əsilli erməni Mesropa qəti olaraq tapşırdıq ki, olma-ola “Sarı gəlin”i oxuyasan, sonra bizdən küsmə, axırın pis qurtaracaq. Çünki Ermənistanın adının əlifba sırası ilə əvvəl çəkilmək ehtimalı vardı. Amma elə oldu ki, çinli aparıcı Azərbaycandan gələn qonaqları birinci dəvət elədi. Vladimirlə birgə səhnəyə qalxdıq. Bildiyim qədər rus dostum da musiqi ilə, oxumaqla o qədər də yaxınlıq eləmirdi, amma geriyə yol yox idi. Volodya çubuqları götürüb iri dəfi döyəclədi və biz ikilikdə yadımızda olan milli Azərbaycan mahnılarını alababat səsləndirməyə çalışdıq. Çox həyəcanlı anlar yaşadıq. Bir onu eşitdim ki, Volodya zarafatyana tərzdə “almanı atdım xarala” misrasında arabir heyva sözünü də səsləndirir. Sonra mən oxuya-oxuya ha çalışdımsa da, mahnı “heyvanı atdım xarala” kimi Çin səmasında yayılmaqda idi. Nə isə, avtomatik olaraq mahnılar bir-birini əvəz edirdi. Sonra “sarı gəlin”i təriflədik, “yarın bağçasına” girdik, daha sonra “qaragilə” dərdik və s. və i.


Hədiyyələrimizi götürüb bir kənara çəkilmişdik ki, orta boylu bir çinli oğlan bizə yaxınlaşdı və gülə-gülə astadan təmiz azərbaycanca dilləndi:


-Əziz dostlar, yaxşı oxudunuz, amma mən bilən sizlərdə xarala heyvanı yox, almanı atarlar axı...


Sonra o, əlini çiynimə qoyub xoş bir təbəssümlə sözünə davam elədi:


-Qardaş, keçən payız Bilgəh sanatoriyasının həyətində məndən əla bir kitayski elektrik fanarı aldın ha, qiymətdə də sənə bir balaca keçmişdim, yadından çıxmamışam ki, Van Tut Sunam da...

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva qardaşını təbrik etdi: “Nə yaxşı ki, varsan!”   3 Avqust 2021, 00:34 Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı 3 Avqust 2021, 00:23 Deputatlar Eldəniz Səlimova görə toplanır - Son qərar veriləcək 3 Avqust 2021, 00:11 Ronaldo “Real”a qayıtmaq istəyir 3 Avqust 2021, 00:01 Bill Qeyts boşandı   2 Avqust 2021, 23:50 “YAŞAT” 8163 nəfəri öhdəliyə götürüb 2 Avqust 2021, 23:39 Türkiyədə beş gündə 132 yanğın olub   2 Avqust 2021, 23:33 Putin Paşinyanı belə təbrik etdi 2 Avqust 2021, 23:24 Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Yaylaqda köməksiz qalan şəxs xilas edildi   2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56