Arxiv
7 Aprel 2021, 10:00 | AKTUAL
Bakıda it və pişiklərdən koronavirus testi GÖTÜRÜLDÜ

COVID-19 xəstəliyinin ev heyvanları (it və pişik) arasında yayılmasının araşdırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-tədqiqat işlərinə başlanılıb. 

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, bu layihə COVID-19 törədicisinin heyvanlar arasında yayılması səbəblərinin aşkarlanması və törədicinin ətraf mühitdə dövr etməsinin qarşısının alınması məqsədilə həyata keçiriləcək profilaktik tədbirlər baxımından böyük elmi əhəmiyyət kəsb edir.

 

Rəsmi məlumata görə, tədqiqat işlərinin gedişatına əsasən, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər (yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya və s.) aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür:

 

“Mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin  heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir.

 

COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronaviruslar ailəsinə mənsub zoonoz və yüksək patogen virus olmaqla, insanlarla yanaşı, heyvanlar üçün də riskli sayılır. Artıq dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında  COVID-19 xəstəliyi ilə yoluxma faktları qeydə alınmışdır. Aparılan elmi araşdırmalara görə, COVID-19 xəstəliyinin heyvanlar, xüsusilə, it və pişiklər arasında yayılmasının əsas səbəblərindən biri yoluxmuş insanlarla sıx təmasdır. İlk dəfə COVID-19 xəstəliyinin alovlandığı Çinin Uhan əyalətində pişiklərdən götürülmüş qan serumlarında aparılmış immunoferment müayinələri (ELISA testi) nəticəsində onların COVID-19 testinin pozitiv olması aşkar edilib”.

 

Qeyd edilib ki, insanlardan ev heyvanlarına COVID-19 virusunun ötürülmə ehtimalı və ev heyvanları arasında virusun dövr etməsi barədə məlumatlar artmaqdadır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğanın Ramazandan sonra Şuşaya nə üçün gəldiyi BƏLLİ OLDU 9 May 2021, 15:20 Göyçayda öldürülən 18 yaşlı qızın qatili tapıldı 9 May 2021, 15:12 Sumqayıtda beşmərtəbəli yaşayış binasına od düşdü 9 May 2021, 15:05 DSX: Son iki ayda Qarabağda 10 yeni hərbi hissə... 9 May 2021, 14:59 Naftalanda şəhidin adına xatirə bulağı açıldı 9 May 2021, 14:45 Bir veteranın ömür kitabı: kənddə yaşayan elmlər namizədi...  9 May 2021, 14:34 3200 igiddən sağ qalan cəmi bir nəfər... 9 May 2021, 14:29 Daşkəsəndə 96 yaşlı veteran evində təbrik edildi 9 May 2021, 14:20 Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi 9 May 2021, 14:10 Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi 9 May 2021, 14:00 Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Qırx PKK-çı zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Ağsaqqallar Şurası Heydər Əliyevin məzarını ziyarət etdilər <p style="margin: 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29