Arxiv
9 Aprel 2021, 11:36 | MEDİA
Jurnalist 28 ildən sonra Zəngilanda atasının məzarını tapdı - MÜSAHİBƏ

Zəngilandan olan jurnalist Afət Telmanqızı 28 ildən sonra ata yurduna səfər edib. 1993-cü ildə erməni işğalı ilə əlaqədar dogma yurdu tərk etməyə məcbur olan Afət Telmanqızı nəhayət arzusuna qovuşub. İllər sonra doğma rayonuna ayaq basan həmkarımız atasının məzarını axtarıb taparaq, onu ziyarət edib.


Afət Telmanqızı aprelin 7-də Zəngilanda yaşadığı hissləri Modern.az-la bölüşüb.


- Həsrətində olduğunuz Zəngilana getdiniz. Ən əsası atanızın məzarını ziyarət etdiniz. Hansı hissləri keçirdiniz?


- Zəngilana gedəndə fikirlərim, hisslərim çox qarışıq idi. İllər sonra doğma yurd yerlərini ziyarət etmək çox fərqli hisslər doğururdu. İlk istəyim o idi ki, əgər mümkün olsa, yaxınlarımın məzarını ziyarət edib. Əvvəlcədən planlaşdırılmayan səfər olduğuna görə, yaxınlarımın məzarını ziyarət edə biləcəyim dəqiq deyildi. Təşkilatçıların razılaşacaqlarına əmin deyildim, amma buna can atdım. Təşkilatçılara bir neçə dəfə müraciət etdim. Zəngilan rayon Polis şöbəsinin rəisi, həm də Zəngilan rayon komendatı Bəkir Cabbarov çox sağ olsun. O, həm təhlükəsizliyimə zəmanət verdi, həm də mənim öz doğmalarımın məzarına baş çəkməyimə şərait yaratdı.

Polis şöbəsinin əməkdaşları ilə birinci atamın doğulduğu evə getdim, görüntülər çəkdim. Həmişə yay tətilində gedərdim ora, hamısı yadımda idi.

Qəbristanlığa gedəndə öncə babamla nənəmin məzarını tapdım. Çünki onların üzərində yazı var idi. Atamın məzarını tapa bilmirdim, çox pis olmuşdum. Bura gəlib onu ziyarət edə bilməyəcəyimdən qorxurdum. Daha sonra qohumuma zəng etdim, o, mənə koordinatları, hansı istiqamətdə olduğunu dedi və sonunda atamı tapdım...


- Erməni təcavüzkarları canlı insana rəhm etmədikləri kimi, dünyasını dəyişənlərin məzarına da hörmət etməyiblər. Atanızın məzarı hansı vəziyyətdə idi?

- Atamın məzarının başdaşı yox idi, sındırılmışdı. Onu elə görəndə çox məyus oldum. Amma həm də sevindim də, çünki onu tapmışdım.


- Yəqin ki, atanızın ruhu ilə də söhbətləşdiniz?

- Düzdü, çox söhbət edə bilmədim, ona deyəcəyim çox sözlər vardı. Yaşadıqlarımdan, onsuz keçirdiyim günlərdən danışacaqdım..

Zaman dar idi, bir onu dedim ki, “uzun illərdir səni ziyarət edə bilmədiyim üçün bağışla məni”.

Həmişə yuxularıma gəlirdi. Məzarı üstündə danışanda sanki məni duyurdum. Yəqin ki, onu ziyarət ediyim üçün ruhu şad oldu. Çünki uzun illərdən sonra qızı məzarını ziyarət edirdi.


- Atanız nə zaman rəhmətə getmişdi?

- Atam dəfn olunanda 1989-cu ilin dekabr ayı idi. Zəngilan bir neçə il sonra işğal olundu və biz doğma yerlərdən ayrı düşdük. Onda biz azyaşlı uşaqlar idik..

Həmişə dost-tanışlardan kimlərisə valideyninin məzarını ziyarət edən görəndə qəribə hisslər keçirirdim. Onda elə bilirdim ki, atam məni günahlandırır, məni bağışlamayacaq. Özümü yazılarımda da qınayırdım. Hər yazı yazanda “bu dəfə də gələ bilmədim” deyirdim.

Şükür bu günə, nəhayət  mən də gedib atamın məzarını tapdım.

Məzarı başında olanda, qəbrinə sığal çəkəndə çox yaxınımda olduğunu hiss etdim. Onun məni eşitdiyini, hətta mənə sığal çəkdiyini düşündüm. Məzarı başından ayrılanda içimdə qəribə rahatlıq var idi.

İnşallah, bütün işlər yoluna düşsün, gedib məzarını abadlaşdıracam.


- Bakıya qayıdanda Zəngilandan bir ovuc torpaq da gətirmisiniz. Həmin torpağı nə etdiniz?

- Bəli, gətirmişəm. Çünki mənim” Zəngilan!” deyə-deyə dünyasını dəyişən qohumlarım, yaxınlarım var. Gətirdim ki, o torpağı onların məzarı üzərinə səpim, dinclik tapsınlar.


- Zəngilan yaddaşınızda hər zaman gözəl yer olaraq qalıb. Bəs gedib ata yurdunuzu dağıdılmış vəziyyətdə görəndə nələr düşündünüz?

- Onsuz da bilirdik ki, oralar dağıdılıb, xaraba qoyulub. Amma oralar mənim yaddaşımda gözəl şəhər, kənd olaraq qalmışdı. Babamgilin həyətində çoxlu nar ağacı vardı, hələ də həmin ağaclar qalıb. Düzdü, quruyub, amma qalıb...
İnşallah, yenə qurub-tikəcəyik...


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hindistanda leysan zamanı 18 nəfər öldü 18 Oktyabr 2021, 00:50 “Google”dan müstəqilliyimizin bərpası gününə özəl dudl 18 Oktyabr 2021, 00:30 Xudafərinin işğaldan azad edilməsinin ildönümüdür 18 Oktyabr 2021, 00:15 Müstəqilliyimizin bərpasından 30 İL ÖTÜR 18 Oktyabr 2021, 00:00 Fransanın Belarusdakı səfiri ölkəni tərk etdi 17 Oktyabr 2021, 23:38 22 yaşlı oğlan məktəbin həyətində özünü asdı 17 Oktyabr 2021, 23:15 Tehranda Müstəqilliyin Bərpası Günü qeyd olundu 17 Oktyabr 2021, 22:53 Suriyada yeni konstitusiyanın hazırlanması barədə razılıq 17 Oktyabr 2021, 22:30 Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 4-cü yeri tutdu 17 Oktyabr 2021, 22:14 Zəngilanda qurulan “Ağıllı kənd” - VİDEO 17 Oktyabr 2021, 21:56 Klinton xəstəxanadan evə buraxıldı 17 Oktyabr 2021, 21:37 Qətərin XİN başçısı Azərbaycana gəlir 17 Oktyabr 2021, 21:14 Mehriban Əliyeva Vətən Müharibəsi Qəhrəmanları ilə GÖRÜŞDÜ 17 Oktyabr 2021, 20:59 "Qarabağ" "Sabah"a qalib gəldi 17 Oktyabr 2021, 20:40 QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi 17 Oktyabr 2021, 20:28 Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək 17 Oktyabr 2021, 20:15 Azərbaycanla bağlı məlumatlar London bilbordlarında 17 Oktyabr 2021, 19:39 İlham Əliyev: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi" 17 Oktyabr 2021, 19:21 “Neftçi”-“Sumqayıt” oyunu heç-heçə başa çatdı 17 Oktyabr 2021, 19:20 "18 oktyabrı böyük təmtəraqla qeyd etmək yersizdir" - Prezident 17 Oktyabr 2021, 19:17 Füzuli Memorial Kompleksinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 19:13 İlham Əliyev və birinci xanım Füzuli Mərkəzi Şəhər parkında 17 Oktyabr 2021, 19:12 Prezident və birinci xanım Füzuli aeroportunda 17 Oktyabr 2021, 19:09 Prezident: "9 ayda neft sənayesi 20 faiz artıb" 17 Oktyabr 2021, 18:05 Prezidentdən memorial SƏRƏNCAMI 17 Oktyabr 2021, 17:59 İlham Əliyev: "O günü yaxınlaşdırmışıq” 17 Oktyabr 2021, 17:51 Prezident: "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır" 17 Oktyabr 2021, 17:49 Vaksinasiyadan keçənlərin bu günə olan statistikası 17 Oktyabr 2021, 17:40 Bu gün yoluxanların sayı  17 Oktyabr 2021, 17:38 Avstraliyada şəhidlərimizin xatirə guşəsi 17 Oktyabr 2021, 17:30 Prezident: "Cəmi 8 ay ərzində... inşa edildi" 17 Oktyabr 2021, 17:28 “17 oktyabr tarixdə xüsusi yer tutacaq”  17 Oktyabr 2021, 17:22 Prezidentlə xanımı ictimaiyyət nümayəndələri ilə görüşdü 17 Oktyabr 2021, 17:14 Füzuli şəhərinin təməl daşı qoyuldu 17 Oktyabr 2021, 17:12 Ərdoğan Afrika turuna çıxdı 17 Oktyabr 2021, 17:11