Modern.az

Ukrayna Donbası güc yolu ilə azad etməkdən İMTİNA ETDİ

Ukrayna Donbası güc yolu ilə azad etməkdən İMTİNA ETDİ

9 Aprel 2021, 17:33

Ukrayna Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Ruslan Xomçak Donetsk və Luqansk vilayətlərinin güc yolu ilə azad edilməsi ehtimalına toxunub.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Xomçak ərazilərin hərbi əməliyyatlar yolu ilə azad edilməsi ehtimalının olmadığını bildirib.

“Müvəqqəti işğal altında olan ərazilərin güc yolu ilə azad edilməsi dinc sakinlər arasında çoxsaylı itkilərə, hərbçilər arasında ölüm hallarına gətirib çıxaracaq. Bu isə Ukrayna üçün qəbuledilməzdir”.

 

Xomçak münaqişənin diplomatik yollarla həllinə çalışacaqlarına üstünlük verəcəklərini əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir