Modern.az

“Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı

“Bəzi türk dövlətləri müharibə zamanı Azərbaycanı dəstəkləməyə cəsarət etmədi” - Sabir Rüstəmxanlı

Aktual

11 Aprel 2021, 12:07

 

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunub. 

 

Bu səfərin əhəmiyyəti haqqında deputat Sabir Rüstəmxanlı Modern.az-a danışıb. O qeyd edib ki, türk dövlətləri arasındakı məsafələri qısaltmaq, onları bir-birinə yaxınlaşdırmaq üçün atılan addımlar alqışlanmalıdır:

 

“Türk dövlətlərinin Parlament Assambleyası var, ümumi şura yaradılıb və s. Bunların hər biri rəsmi işlərdir və çox azdır. Türk dünyasının mədəniyyət, tarix, mətbuat, ədəbiyyat, müxtəlif sahələrin adamları tez-tez görüşməlidirlər. Kitablar tərcümə olunmalıdır, tariximizin ortaq səhifələri ilə bağlı müştərək işlər görmək vacibdir.

 

Bu işlər gedir amma daha da sürətləndirmək lazımdır. Qarabağ məsələsində isə yalnız türk dövlətlərinə deyil bütün dünyaya erməni vəhşiliyini göstərməliyik.

 

Türk dövlətlərinin təmsilçilərinin, mətbuat nümayəndələrinin Qarabağa getməsini çox müsbət hesab edirəm. Düşünülmüş bir addımdır. Bəzi türk dövlətləri müharibə dövründə Azərbaycanı dəstəkləməyə cəsarət etmədi. Çünki həqiqətləri bilmirdilər. Həqiqəti bilən insanlar daha cəsarətli olur. Bundan sonrakı fəaliyyətimizdə bu cür boşluqların doldurulması üçün ciddi işlər görməliyik”.

 

Mehri Qurban 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı