Modern.az

Əhalidən yararsız pullar yığılır 

Əhalidən yararsız pullar yığılır 

Aktual

12 Aprel 2021, 11:26

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Bu barədə AMB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, bu çərçivədə əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət ofisləri təşkil edilib.


Azərbaycan Mərkəzi Bankı bildirir ki, bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılıb.


Vətəndaşlar 13 aprel 2021-ci ildən etibarən həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.


Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır